İslam Birliyini, hz. Mehdi (ə.s)-ın gəlişini, İsa Məsih (ə.s)-ın enişini rədd etsən, bu Allaha xoş gəlməz.
(A9 TV ; 3 yanvar 2014)
Mehdiyyətdə bir ağıl, bir vicdandır. Bütün müsəlmanlar tərtəmiz bir vicdanla birlik qurarlar. Əks təqdirdə qarışıqlığa son qoyulmaz.
(A9 TV ; 3 yanvar 2014)
Mehdiyyət dövründə artıq gözəllik və bərəkət gələcək. Amma təbii ki, bu qısa müddətdə olacaq. Yəni hicri 1506-cı illərə qədər davam edəcək. Ondan sonra yenə pozulur. Şam da pozulacaq, Misir da pozulacaq təkrarən, hər yer pozulacaq.
(A9 TV ; 29 dekabr 2013)
Camaatın güclənməsi İslam aləminin güclənməsidir. Camaat yox oldusa, İslam aləmi məhv olar, Allah qorusun. İslam aləminin hamısı camaatdan yaranar.
(A9 TV ; 27 dekabr 2013)
Hökumətin getməsi, Baş nazirin dəyərsizləşdirilməsi bu qədər asan, ucuz deyil. Bura üçüncü dünya ölkəsi deyil. Biz keyfiyyətli bir ölkəyik. Buna görə belə şeyə icazə vermərik. Hər şey hüquq çərçivəsində, məqbul və ağıllı olsun.
(A9 TV ; 27 dekabr 2013)
Allah monoton dünya istəmir, dinamik bir dünya istəyir. O canlanmanın içərisindən mehdiyyəti çıxarır.
(A9 TV ; 26 dekabr 2013)
Sözün təxribat gücü şiddətlidir. Söz insanları çox kədərləndirə bilər. Mümkün qədər yaxşı, məqsədəuyğun, məqbul, doğru, mehriban, coşğulu, ümidvar, həyəcanlandırıcı, şövqləndirici və insanları xoşbəxt etməyi hədəfə alan gözəl sözlər danışaq.
(A9 TV ; 25 dekabr 2013)
Dünya çox qısadır, hamımız gedəcəyik. Hamımız inşaAllah cənnətə gedərik. Qısa bir imtahan dövründəyik. Əhəmiyyətsiz şeylər üçün bir-birimizi qırmayaq, xəcalətli etməyək, kədərləndirməyək, ağzımızdan çıxacaq sözlərə fikir verək.
(A9 TV ; 25 dekabr 2013)
Müsbət düşünmək, müsbət danışmaq gözəl olar. Təhrik edici şəkildə danışmaq, məncə, yaxşı deyil. Şüuraltında insanlarda pis duyğular yaradır. Hər nə qədər əhəmiyyətsiz hesab etsələr də şüuraltına o yerləşir.
(A9 TV ; 25 dekabr 2013)
Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. Qisas almayacaqsan. Dünyəvi cəzası nədirsə qanun çərçivəsində alır. Artıq o yetərlidir. Buna görə kinə, ədavətə ehtiyac yoxdur. Tövbə edər, qardaşın olar.
(A9 TV ; 24 dekabr 2013)





