İslam Birliyini dayandırmağa çalışan, əhəmiyyətsiz sayan, məhz Mehdi gəlib getmişdir deyənlər əldən düşmüş, yorğun, gücsüz bir müsəlman kütləsi yaratdılar. Milyard yarım müsəlmanın həyəcanını, şövqünü, gücünü, əzmini qırdılar. Ürkək, özünüsevən, utancaq, eqoist, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsində olan bir müsəlman qrupu İslam aləmində formalaşdı.

(A9 TV ; 13 dekabr 2013)

Edam cəzasının dünyada aradan qaldırılması lazımdır. Ömürlük həbs edirsənsə et. Asmağa nə ehtiyac var? Adam tövbə etsin, Quran oxusun, namaz qılsın. Sən adamı cahil halında tez-tələsik asırsan. Yəni adamın axirətini də, dünyasını da yandırmış olursan. İmkan ver tövbə etsin, özünü toplasın, çatışmazlığını aradan qaldırsın.

(A9 TV ; 12 dekabr 2013)

Biz Cənub-şərqi vermərik. PKK-ya qarşı da heç bir güzəşt edilməyəcək. Əgər azarlarsa qanunla, hüquqla hər nəyə vəsilə olursa olsun qarşılığını verərik. Bir milyon şəhid, iki milyon şəhid; qarşılığını verərik.

(A9 TV ; 11 dekabr 2013)

PKK darvinist, materialist, stalinist təbliğata əhəmiyyət verirlər. Dağda, daşda, çayxanalarda, evlərdə gecə-gündüz təbliğat aparırlar. Müsəlmanlar da anti-darvinist, anti-materialist, Quran möcüzələrini izah edən, iman həqiqətlərini izah edən işlər görməlidirlər. Min misli, milyon misli olmalıdır. Çox güclü və qərarlı olmalıdırlar.

(A9 TV ; 9 dekabr 2013)

Həm darvinizm, həm Quran ikisi birlikdə olmaz. İkisindən birini seçmək lazımdır ki, seçilən Quran olmalıdır. Darvinizmlə Quran arasında qalanlar xəstə düşüncəni müdafiə edir.

(A9 TV ; 8 dekabr 2013)

İnsan keyfiyyətsizliyə alışdıqdan sonra, daha çirkli, daha keyfiyyətsizləşməyə, mədəniyyətsizləşməyə, kütləşməyə başlayır və arxasınca deyirsən ki: “Bu nədir?” “Müsəlmanlıq budur” deyir. Vəhşiliyin, kirin, keyfiyyətsizliyin, mədəniyyətsizliyin baş alıb getdiyi bir sistemə müsəlmanlıq deyir. Bu çox böyük bir təhlükədir. Bu milli bir təhlükədir.

(A9 TV ; 7 dekabr 2013)

Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir.

(A9 TV ; 7 dekabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)