Möminlər arasında müxaliflik olmaz. Möminlər arasında ittifaq, birlik olar, qardaşlıq, vəhdət olar. Əks təqdiri haramdır.

(A9 TV; 27 mart 2014)

Heç vaxt Osmanlıya geri qayıtmarıq. Yəni yeni Osmanlı siyasəti yoxdur. Mehdiyyət siyasəti vardır. İslam aləminin birləşməsinin adı mehdiyyətdir, mehdilikdir. Onun başına keçən şəxsə də Mehdi deyilir. Bu, İsa Məsihin dəstəyi ilə olacaq.

(A9 TV; 27 mart 2014)

Tələb etməklə, istəməklə mehdi olmaz. Mehdi doğular. Allah onu mehdi olaraq dünyaya gətirməlidir. Qədərində mehdilik olan adam olmalıdır. Şöhrətlə, qalmaqalla, çox çalışmaqla olmaz. Ürəklə əlaqədardır. Mehdiyyət dərin imanla əlaqədardır.

(A9 TV; 27 mart 2014)

Səy göstərməklə mehdi olmaq mümkün deyil. Təbliğatla da mehdi olmazlar. Hz. Musa (ə.s) təbliğatla, səy göstərməklə də peyğəmbər olmadı. Hz. Musa (ə.s) əxlaqına, əziyyətə olan səbrinə görə peyğəmbər oldu.

(A9 TV; 27 mart 2014)

Türkiyə təcili olaraq İslam ölkələri ilə birlikdə Suriyada sülh əməliyyatı etməlidir. İslam ölkələri toplu şəkildə hücum etsə imani, Qurana uyğun, əxlaqi cəhd olaraq hər kəs dəyərləndiriləcəyi üçün heç kim müqavimət göstərməz. Beş ölkə belə olsa məsələni həll edər, sırf beş ölkə belə olsa.

(A9 TV; 27 mart 2014)

Şiddətlə gələn rəy rəy deyil. Bu utancdır. Necə pulunu zorla əlindən alan insan zorakıdırsa, bir insanı qorxudaraq rəyini alsan, onun rəyini zorla xeyirinə almış olarsan. Buna görə əxlaqa uyğun bir hərəkət deyil.

(A9 TV; 27 mart 2014)

Xoşbəxtliyin mənşəyi imandır. İnsan imanla xoşbəxt olar. Çünki şükür edir, həmd edir, hər vəziyyətdə Allaha təslim olur, hər şeydə xeyir axtarır. Küfr ruhunda insanlar hər şeydə şər axtarar. Küfr ruhunda hər şeydə pislik, fitnə, qarışıqlıq axtarar.

(A9 TV; 27 mart 2014)

Qul şeytana uyarkən məsuliyyətli olar. Çünki şeytanın hiyləsi zəifdir. Mömin imanı  ilə ona uymayacaq. Buna görə “şeytan etdi, mənim günahım yoxdur”―deyilən bir şey yoxdur. Sözün əsl mənasında günahkar olar.

(A9 TV; 24 mart 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)