Namaz qılarkən, dəstəmaz alarkən, təvəkkül edərkən, Allahı xatırlayarkən, Quran oxuyarkən xoşbəxt olarsan, fikrin açılar, çünki zəif varlıqsan. Allah səni buna ehtiyacın olacaq şəkildə yaratmışdır. Bu gözəllikləri yaşamasan boğularsan. Bunlar suda boğulmağın qarşısını alan, can qurtaran nemətlərdir.

(A9 TV; 29 mart 2014)

Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Saray səni xoşbəxt etməz. Allaha təvəkkül etmək səni xoşbəxt edər. Təvəkkül etdinsə, bütün iztirablar yox olar, çünki insan zəifdir. Allah bir nemət olaraq yaratmışdır.

(A9 TV; 29 mart 2014)

Sevgi şərtdir. Eqoistliklə nəyisə əldə etməyə çalışsan, elə qarşındakı eqoistliklə səni boğar. Sən hiyləgərlik etmək istəsən, o da hiyləgərliklə səni boğar. Sən idarə eləməyə çalışsan, qarşındakı da on qat artıq idarə etməyə cəhd edər. Əmr etməklə, oyunla, saxtakarlıqla gözəllik əldə etmək olmaz, dürüstlüklə, səmimiyyətlə, sevgi ilə əldə edilər.

(A9 TV; 29 mart 2014)

Rus milləti çox əziyyət çəkdi. Dünya onlara sahib çıxmalı, şəfqət göstərməlidir. Onları tək buraxmaq olmaz. Soyuq ölkə, soyuq iqlim, kənarlaşdırılmış bir xalqdır. Bunu aradan qaldıraq, şəfqətlə yaxınlaşaq.

(A9 TV; 29 mart 2014)

Mehdi (ə.s)-ın vəzifəsi sevgi insanı olmasıdır. Sevgini və gözəlliyi öyrədər, peşəsi budur. Allahı sevdirər, Allahın yaratdıqlarını sevdirər. Mehdi dünyanı cənnətə bənzətməklə mükəlləf olan şəxsin adıdır.

(A9 TV; 28 mart 2014)

Biz bir insanı sevsək Allah rizası üçün sevərik. Allah rizası İslama xidmətinə görədir. Bu, müsəlmanları birləşdirirmi? Vəhdəti təmin edirmi? Fitnəni qaldırırmı? Müxalifliyin qarşısını alırmı? Bunları görürüksə Allah rizası üçün sevməyimiz lazımdır. İbadət olaraq sevərik.

(A9 TV; 27 mart 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)