Aşiqin xüsusiyyəti nədir? Bütün əziyyətlərə, çətinliyə baxmayaraq sevgilisini tərk etməz. Ən çətin şərtlərdə belə sevgilisini tərk etməz. Allah da Ona qarşı bu sevimli ruhunu nə qədər yaşadığımızı bizə göstərir. Çünki axirətdə ən çox zövq alacağımız Allahın varlığı, təcəllisi olacaq.

(A9 TV; 14 mart 2014)

İnsan heç vaxt sevgilisini tərk etməz. Allah əsl sevgilidir. Bütün hallarda, hətta 7000 il keçsə də əziyyətə səbr edilər. Bu, aşiqin xüsusiyyətidir. Allah Ona sevgiyə görə səbr edilməsini çox bəyənər. Eynilə aşiq əlamətidir.

(A9 TV; 14 mart 2014)

 

Allah təbii ki, sənin sevgini sınayacaq. Nə qədər Allaha bağlısan, təbii ki, buna baxacaq. Sənə göstərəcək. Allahı nə qədər sevdiyini özün görəcəksən. Nə qədər sadiq olduğunu görəcəksən.

(A9 TV; 14 mart 2014)

Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar.

(A9 TV; 14 mart 2014)

Allah sevdiyi, seçdiyi qulunun müsibətini artırar. Sıxıntı gəlməsə düşün ki, görəsən, məndə nə qəribəlik var. Müsibət gəlirsə həmd et. Müsibətlər külək kimidir gəlib keçər, özündən sonra gözəlliklər buraxar.

(A9 TV; 14 mart 2014)

Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir.

(A9 TV; 14 mart 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)