Belə bir həngamədə müsəlmanların bir-birini əzməyə çalışması, xüsusilə açıq müsəlman kütlələrin bir-birini qırmağa çalışması PKK layihəsi ola bilər. PKK-a qarşı, bölünməyə qarşı müqavimət göstərən hər ünsürün əzilməsi təlimatın hər hansı yerdən verildiyi deməkdir. Son dərəcə diqqətli olmaq lazımdır.
(A9 TV; 1 aprel 2014)
Müsəlman ziyalıların bir-birini sayıb, sevib, qoruması lazımdır. Bunun içində Süleymanlılar da, Nəqşibəndilər də, Qadirilər də var, hər cür təriqət mənsubundan var. Mütləq bir yerə gəlib, bir-birlərini sevdiklərini, dost, qardaş olduqlarını izah etməlidirlər. Əks halda vəziyyət son dərəcə təhlükəli olar.
(A9 TV; 1 aprel 2014)
Cənub-şərqdə xalq qatı dindar olduğu halda oyunu sola verir. Bu, oradakı təzyiqin nə qədər şiddətli olduğunu göstərir. Halbuki, orada PKK təhlükəsini sıfıra endirmək lazımdır. Belə olduqda xalq çox azad olar. Verdikləri səs də ana südü kimi ağ və halal olar. Amma belə qorxudaraq, şiddət tətbiq edərək, təzyiqlə, PKK-ın köklü nümayişi ilə olan seçki sağlam olmaz.
(A9 TV; 30 mart 2014)
Cənub-şərqdə xalq özünü təhlükəsizlikdə hiss etsə səslərini rahat şəkildə istədiyi partiyaya verər. Yəni qorxusuz-hürküsüz, rahat şəkildə səsini vermək şəraiti olsa Cənub-şərqdə Səadət Partiyası, MHP də çoxlu səs toplayar, CHP silinməz, o da səs toplayar, AK Partiya çox yüksək səs toplayar. Eynilə Türkiyə əsası kimi olar. Qorxu bəlasına görə oranın tarazlığı dəhşətli oldu.
(A9 TV; 30 mart 2014)
Cənub-şərqdən polisi, əsgəri çəkmək, təhlükəsizliyi azaltmaq xalqın böyük bir hissəsini qorxuya və PKK-ın gücünə hörmət etməyə sövq edər. Orada təhlükəsizlik qüvvələri çox olmalıdır. Polis, əsgər və daxili qoşunların gücü yüksək olmalıdır. Xüsusilə vətəndaş ünsürləri güclü olmalıdır. Yəni mülki qolun gücü yüksək olmalıdır.
(A9 TV; 30 mart 2014)
Baş nazir xoş niyyətli üslubdan istifadə edir. Müsəlman rəftarı göstərir. Onun bərəkətini görür. Risalə-i Nurun bərəkəti hal-hazırda, Bədiüzzamana hörmətinin bərəkətidir. Ona görə belə rahatlandı. Çox əhəmiyyətlidir, inşaAllah.
(A9 TV; 30 mart 2014)
Bütün İslam aləmi hüzursuzdur. Heç bir dövlət İslam aləminə hüzur gətirə bilmir. Rusiya, Avropa, Amerika narahatdır. Bütün dünya İsa Məsih və Mehdi (ə.s)-la hüzur tapacaq, inşaAllah.
(A9 TV; 30 mart 2014)
Malı verən Allahdır. O tutarsa, bu tutarsa bədən, bütün quruluş iflic olur. İctimai quruluş, həyat iflic olur, iqtisadi böhran yaranır və insanlar ağrıya, iztiraba düçar olurlar.
(A9 TV; 29 mart 2014)
Namazı, ibadətləri çətin göstərib şeytana imkan verməmək lazımdır. Milyonlarla insana dəstəmaz, namaz çətin göstərildiyi üçün dindən uzaqlaşar.
(A9 TV; 29 mart 2014)
Quranın bütün hökmləri asanlıqla yerinə yetirilən hökmlərdir. Yoxsa insan boğular, həyat onu boğar. İnsan onsuz da suyun içində yaşayır. Bu gözəlliklər olduğuna görə insan boğulmadan yaşayır. Bu nemətlər olmasa insan boğulur. Adam suyun dibinə batar.
(A9 TV; 29 mart 2014)





