Səbəbə sarılmadan dua etməzlər. “Namaz qılacağam” deyib, oturmaq olmaz. “Allahım, mənə namaz qıldır” deyərək nəyisə oturub gözləsən, elə orada da qalarsan. Qalxıb feli, əməli dua ilə namazını qılacaqsan. Sənin orada hərəkət edib zəhmət çəkməyin feli duadır.

(A9 TV; 3 aprel 2014)

PKK çox qəddar, mərhəmətsiz bir hərəkatdır. Xalq mülayim, sakit, sadə rəhbərlik edəcəklərini düşünür, elə bir şey yoxdur. Yəni qurd tələsinə insanların rahat düşmələri üçün, tələnin rahat işləməsi üçün PKK indi çox yumşaq davranır, amma kommunist rəhbərlik qurulduqdan sonra mərhəmətsiz, kəskin cəhətlərini ortaya çıxarar.

(A9 TV; 3 aprel 2014)

Camaatla hökumətin arasını düzəltmək üçün cəhd göstərmək lazımdır. Aralarını düzəltmək fərzdir, Quranın əmri, Allahın əmridir. Allah “iki müsəlman birliyin bir-birləri ilə münaqişələri olsa, onların aralarını düzəldin” deyir. Buna görə biz belə bir şeydə tərəf saxlamayaq.

(A9 TV; 3 aprel 2014)

Bu millət, bu ölkə mübarəkdir. Allah millətimizi seçmişdir. Ölkə xeyirli bir ölkədir, millət xeyirli bir millətdir, məhkəmə xeyirli bir məhkəmədir. Hər şey gözəl olacaq. Bir neçə il sonra hər şey daha da xoş, daha da gözəl olacaq.

(A9 TV; 3 aprel 2014)

Müsəlmanı müsəlmana qarşı çevirmək deyil, müsəlmanı islah edib, səhvini düzəldib, onu faydalı şəkilə gətirmək lazımdır. Müsəlmanların ziyalısı da çox azdır. Əlimizdə olan ziyalını niyə əzək? Onu qazanaq. On əl bir yerə qoyulsa böyük birlik edər. O əlləri əzmək yanlış olar.

(A9 TV; 1 aprel 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)