İmanlısansa saf və səmimi olmalısan. Belə olduqda səni də saf və səmimi görən insanlar sevgi gözü ilə yanaşarlar.
(A9 TV; 14 may 2014)
Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.
(A9 TV; 14 may 2014)
Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.
(A9 TV; 14 may 2014)
Mədənlərdə robot texnologiyasından istifadə edilməlidir, qəti şəkildə insanlardan istifadə etmək olmaz.
(A9 TV; 13 may 2014)
Allah Türkiyəni bölmək istəyənlərin bəsirətini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik.
(A9 TV; 13 may 2014)
Kilsə də, sinaqoq da, məscid də Allahın evidir. İstəyən istədiyi yerdə ibadət edə bilər. Allah bütün dünyanı bizə məscid etdi.
(A9 TV; 13 may 2014)
Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər.
(A9 TV; 9 may 2014)
Bir insan Allah Qatına, cənnətə gedən bir insan üçün özünü döyürsə, ağlayırsa, üz-gözünü cırırsa bu Allahın yaratdığını bəyənməmək, Allaha üsyan etməkdir, haşa. Amma Allaha şükür edirsə, həmd edirsə, sevinc içində Allaha qovuşmanı, Allah ilə birləşməyi, cənnətə getməyi gözəl sayırsa bu, mömin xüsusiyyətidir. Əksi müşrik xüsusiyyətidir.
(A9 TV; 9 may 2014)
Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.
(A9 TV; 9 may 2014)
Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.
(A9 TV; 9 may 2014)





