Ağıl və Quran bir-biri ilə əlaqəlidir. Ağıllı olmaq üçün Quranı gözəl şəkildə bilmək lazımdır. Buna görə də Qurana əsasən düşünmək lazımdır.

(A9 TV; 21 iyun 2014)

Mehdi (ə.s)-ın xüsusiyyəti sevgi insanı olmasıdır. Sülhü, ədaləti, sevgini kim təmin edirsə o Mehdi (ə.s)-dır. Kim döyüşdən bəhs edirsə, kim qanı tövsiyə edirsə ondan uzaq dayanacaqsan.

(A9 TV; 13 iyun 2014)

Küfr əhli müsəlman üçün “ağılsızdır” deyər bəzən, haşa. Halbuki, ən ağıllı hərəkəti o edir. Ömrünə bərəkət gəlir, içi gözəlləşir, xarici görünüşü gözəlləşir. Bədən orqanları belə bayram edər, daxili, zahiri bayram edər. Gözü, üzü məna qazanar, ağılı, bəsirəti açılır, danışığı gözəlləşir.

(A9 TV; 13 iyun 2014)

Allahı unutmuş insanlarda, zövq gücü Allah tərəfindən qısa müddətdə əlindən alınar. “Əvvəlki kimi əylənə bilmirəm” deyir. “Əvvəlki kimi musiqidən zövq ala bilmirəm. Mənə bir şey oldu” deyir. Səndə bir möcüzə oldu əslində. “Bezdim yəqin ondandır” deyir. Sevgidən, gözəllikdən bezmək olmaz. Sənə bəla gəldi. Allaha sığın.

(A9 TV; 13 iyun 2014)

Çox böyük bir kütlə bəzən Allahı unutmuş ola bilər. Onları həqiqiymiş kimi görüb ondan təsirlənməyəcəksən. Allah onu sənə elə göstərə bilər. Məsələn, diskotekaya, klublara getsən Allahdan heç bir söz bəhs etməyənlər çıxa bilər. Deməli, “insanlar belədir. Dünya belədir. Məndə də bir qəribə hal varmı” deməyəcəksən. Sən doğru yoldasan, onlar səhv yoldadırlar.

(A9 TV; 13 iyun 2014)   

Öz üzərində daha çox çalış. Elmini daha da artır. Quranı əzbərlə. Hər bir Quran ayəsini həyata keçirməyə çalış. Səbrini, iradəni gücləndir. İmanını gücləndir. Təvəkkülünü genişləndir, artır. Dünya sevgisini ürəyindən çıxart. Cahil cəmiyyətin Allahı unutmasından təsirlənmə.

(A9TV; 13 İyun 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)