Bədiüzzaman Hurufu Mukatta üçün “xas quluna bir şifrədir” deyir. Bəzi xüsusi şəxslərə şifrədir. Onlar bir məlumata çatmaq istədiklərində yəni, bir şeyi öyrənmək istədiklərində o şifrəni götürüb Quranın içindəki hər cür xüsusi məlumata sahib olurlar. O xüsusi qullar da Xızır (ə.s), Xızır (ə.s)-ın tələbələri, məhz bəzi xüsusi insanlardır. Beləcə dünya istiqamətləndirilir, inşaAllah.
(A9 TV; 24 iyun 2014)
Quranın zahirindən hər kəs istifadə edir, amma ledün qismini, Hurufu Mukattanın açar sirlərini heç kim bilmir. Amma hal-hazırda dünyada bilən bir mütəxəssisi var.
(A9 TV; 24 iyun 2014)
Hurufu Mukattada Xızır (ə.s)-ın sirləri var. Yəni onlar Quranın açarlarıdır, amma o müəyyən bir mütəxəssis, qrup üçündür. Quranın içindəki bir çox məlumata, gizli informasiyaya o açarlarla sahib olunur.
(A9 TV; 24 iyun 2014)
Masonluqdakı pərgar, transporter bunların hamısı dünyanın tarixini qurmaqla əlaqəli simvollardır. Amma o baxan göz, üçbucaq içindəki baxan göz “Allah bizi hal-hazırda izləyir” deyir. “Biz qədərə tabeyik” deyir. “Allah nə desə o olar” deyir.
(A9 TV; 24 iyun 2014)
“Dərin dünya” dövləti hər əsrdə bir dəfə toplanır. Hər əsrdə, Quran, Tövrat və İncilə, hədislərə baxaraq tarixin necə irəliləyəcəyini görürlər. Ona görə də tarixə, qədərə qarşı çıxmırlar, ona uyğun davranırlar. Bu da masonluğun bir sirridir.
(A9 TV; 24 iyun 2014)
Çin ordusu, Rus ordusu hamısı Allahın əmrindədir. İŞİD-in ordusu da Allahın əmrindədir. Canı alan Allahdır, canı verən də Allahdır. Bütün güc Allaha aiddir.
(A9 TV; 24 iyun 2014)
İmam Mehdi (ə.s) bütün dünyanın dəstəklədiyi lider olacaq. Mehdi (ə.s)-a müxalif olan olmayacaq. Kim qəbul etdirir? Allah qəbul etdirir. Allah insanların ürəklərinə vəhy edəcək; anlamadıqları bir şəkildə insanlar Mehdi (ə.s)-a tabe olduqlarına əmin olacaqlar. Qəribə şəkildə onu sevdiklərini anlayacaqlar. Qəribə şəkildə ona güvənəcəklər və onları qurtaracağına, vəsilə olacağına inanacaqlar.
(A9 TV; 24 iyun 2014)
Quranı həyata keçirmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və həyatına gözəl şəkildə tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Təkəbbür hissi aradan necə qaldırılar? Sevgi necə yaşanar?
(A9 TV; 23 iyun 2014)
Həqiqi İslam mehdiyyətin izah etdiyi İslamdır.
(A9 TV; 23 iyun 2014)
Küfr, mənfəəti olduğu müddət ərzində dost olar. Mənfəəti bitdiyi an sənə düşmən olar. Amma müsəlmanlıqda elə deyil. Müsəlmanlıqda səbir, şəfqət var.
(A9 TV; 23 iyun 2014)





