Süleymançılara da, nurçulara da sahib çıxmaq lazımdır. Nəqşibəndilərə də, qadirilərə də sahib çıxmaq lazımdır. Kimisə uzaqlaşdırmadan öyrədərək, ağıllı, vətənin, millətin mənfəətləri istiqamətində, şövqlü siyasi şüura sahib geniş quruluş yaratmalıyıq.

(A9 TV; 7 iyun 2014)

Hökumət mənəvi inkişafa çox əhəmiyyət verməlidir. Hansı cür hoca olursa olsun, hansı cür alim olursa olsun hamısını öyrədərək, istiqamətləndirərək, şüurlandıraraq vətənə, millətə xeyirli hala gətirməliyik.

(A9 TV; 7 iyun 2014)

PKK özündən çıxmış vəziyyətdədir. Biz milli şüurla bir və tam olsaq o zaman PKK-nın gücü olmaz. Amma PKK milli şüurun geniş yayılmadığını bildiyi və öz gəncliyində də şüurlanmış, siyasiləşmiş gənclik olduğunu bildiyi üçün o gəncliyə güvənir.

(A9 TV; 7 iyun 2014)

PKK bütün bölgənin başına bəladır. Xalq hal-hazırda Cənub-Şərq bölgəsində dinc yaşamır, mafiya idarəsi altında yaşayır. Mafiya idarəsi altında bir insan necə rahat yaşaya bilər? Bir banda idarəsində necə rahat yaşaya bilər? Bu da mehdiyyətlə təmizlənəcək.

(A9 TV; 7 iyun 2014)

Türkiyəni bölmək istəyirlər. Hökumət elmi səfərbərliyə başlamalıdır. Bütün dövlət məktəblərində gəncliyi PKK təhlükəsinə qarşı dərs keçilməlidir. Kommunizmə qarşı, materialist fəlsəfəyə qarşı, bölünmə təhlükəsinə qarşı; orta məktəb, lisey, universitet bütün məktəblərdə təhsil verilməli, müzakirələr təşkil edilməlidir.

(A9 TV; 7 iyun 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)