Yer-göy “Mehdi” deyə inləyir. Hadisələr qarşımızdakı aylarda daha da şiddətlənəcək. Heç gözləmədikləri bir insan və heç gözləmədikləri bir birlik İslam aləmini idarə etmək üçün vəzifə alacaq. Bütün Avropa və Amerikanın da bu qrupa dəstəyi olacaq.

(A9 TV; 23 iyun 2014)

Türk-İslam Birliyi İslam Birliyinə bərabərdir. Türk Milləti qabaqcıl olduğu üçün o mənada “Türk-İslam Birliyi” deyirik. Yoxsa ki, hər irq, hər qövm onsuz da eyni nizamda, eyni üstünlükdədir. Kiminsə bir-birindən bir üstünlüyü yoxdur, üstünlük təqvadadır.

(A9 TV; 22 iyun 2014)

Müsəlman elə olacaq ki, özü haqqında “bu adam namərdlik edər” deyilməsinə yol verməyəcək. Yəni “bir şəkildə edə bilər” dedirtməyəcək. O dərəcədə zəmanət verəcək. O zaman həqiqi bir müsəlman olar. “Bunun namərdlik etməsi mümkün deyil” deyəcəksən.

(A9 TV; 22 iyun 2014)

Küfrdə möhkəmlik yoxdur. Adamla danışırsan, bir də görürsən ki, gedib pislik edir. Kənarda azğınlıq, manyaklıq edir. Mənfəəti qədər yanaşmaq istəyir. Mənfəəti olmayanda gəlmək istəmir. Halbuki, İslamda mənfəət olmadan Allaha qul olmaq var. Ona görə çox gözəl yaşanır. Davamlı olaraq sabit bir düzgünlük var.

(A9 TV; 22 iyun 2014)

Küfrdə müsbət bir şey yoxdur. Küfrdə pozğunluq, pislik, vəfasızlıq, namərdlik, fırıldaq, etikaya yaraşmayan danışıq var, dözümsüzlük var. Adamlarla danışırsan, iki saat sonra baxırsan namərd bir hərəkət etmişdir. Müsəlmanda sabitlik var. Allah rizası üçün iki saat sonra da, on gün sonra da, bir il sonra da, iyirmi il sonra da möhkəmdir

(A9 TV; 22 iyun 2014)

Nuru yaradan, gözəlliyi yaradan Allahdır. Bir insan yaraşıqlıyam deyə öyünsə, bu gülməli olar. Allah ona təcəllisini göstərir. “Ya Rəbbi, nə gözəl təcəlli edirsən” deyəcək. “Mən nə gözələm” deməyəcək, “Nə gözəl yaradırsan” deyəcək.

(A9 TV; 22 iyun 2014)

Kəsib biçən dəccaldır. Qanı dayandıran Mehdi (ə.s)-dır. Qanı, zülmü dayandıran, müsəlmanları birləşdirən Mehdi (ə.s)-dır.

(A9 TV; 21 iyun 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)