Kiçik bir ölkədə federasiya qurmağa çalışsan bu zülmdür, böyük təhlükədir və Türkiyəni yox etməyə yönəlmiş fəaliyyətdir. Sən Türkiyəni yox etməyə cəhd etsən, Türkiyə də səni yox edər. O zaman qiyamət qopar.
(A9 TV; 2 iyul 2014)
Dünyaya sevgini hakim edəcəyik. Allah dünyanı sevgi olsun deyə yaratdı. “Qullar olsun, Mənə qulluq etsin” deyə yaratdı. Amma quldan istədiyi də sevgidir. Allah “Mən sizi sevim”, “siz də Məni sevin” deyir. Sevgi olmasa, dünyanın bir mənası olmaz.
(A9 TV; 1 iyul 2014)
Dünya ağlama yeri deyil, gülmə yeridir. Dünya cəhənnəm yeri deyil, cənnət yeridir. Biz dünyada da, axirətdə də cənnəti istəyirik. Dünyada cəhənnəm istəyən axirətdə də cəhənnəmin içində qalar.
(A9 TV; 1 iyul 2014)
Dünyanı cəhənnəmə çevirməyə çalışanlara, dünyanı cənnətə çevirərək cavab verəcəyik.
(A9 TV; 1 iyul 2014)
Xanımlar bəzənəcək, onlar çiçək kimi bəzənəcəklər. Bəylər də bəzənəcək, yaraşıqlı olacaqlar. Mehdiyyət bəzək, gözəllik dövrüdür.
(A9 TV; 25 iyun 2014)
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur.
(A9 TV; 25 iyun 2014)
Qadınlar son dərəcə ağıllı, incə düşünən, sənətkar ruhlu mükəmməl varlıqlardır. Qadınlar çox ağıllıdır. Təfərrüatları çox yaxşı görərlər, kişilərdən daha çox təfərrüatlı görərlər.
(A9 TV; 25 iyun 2014)
Eşq dedikdə, Allah eşqi nəzərdə tutulur. Allah eşqlə sevilər. Təcəllisi də eşqlə sevilər. Bütün gözəlliklər Allaha aiddir. Bütün təriflər də Allaha aiddir. Bizim aşiq olduğumuz Allahdır.
(A9 TV; 23 iyun 2014)
Qadına qarşı nifrət olduqca, İslam aləmində nicat, qurtuluş olmaz, bəla yağış kimi yağar. Allahın qullarının yarısı qadındır. Qadına belə nifrət Allahın bəlasını qazandırar.
(A9 TV; 25 iyun 2014)
Allah Türkiyənin böyüməsi üçün cəhd göstərənlərə kömək etsin. Yollarını açsın, bəsirətlərini, fərasətlərini artırsın. Yüksək vəzifələr versin, uğurlu etsin.
(A9 TV; 25 iyun 2014)





