Münafiqin ən böyük idealı müsəlmanlardan tez bir zamanda ayrılmaqdır. Çünki uzaqdan vurmaq üçün mənzil qazanması lazımdır. Amma ayrılarkən də təbii, ilk hücumunu müsəlmanların anlayacağı bir tərzdə etməz. Anlamayacağı şəkildə etməyə çalışar. Özünü müsəlman, mömin kimi tanıdaraq ayrılmaq meylindədir.
(A9 TV; 10 iyul 2014)
Münafiqlərin gözlərində nifrət olar, yəni pis bir enerjisi olar. O, nifrəti gizlətmək istəyər, amma bacarmaz.
(A9 TV; 10 iyul 2014)
Münafiq həmişə intiqam almağa çalışar. Gah sözü ilə intiqam almaq istəyər, gah gözü ilə, gah da əxlaqsızlığı ilə müsəlmanları narahat etmək istəyər, onların rahatlığını pozmaq, başını bəlaya salmaq istəyər, amma bunları təqva görünüşündə edər.
(A9 TV; 10 iyul 2014)
Münafiqlərdə alçaqlıq kompleksi olduğu üçün onlar həmişə özünü böyük göstərmək istəyər. Həmişə çox böyük olmaq istəyər. Amma heç vaxt da çata bilməz, həmişə alçaldılar. Allah həmişə onları alçaldar.
(A9 TV; 10 iyul 2014)
Münafiqlərə Allah bir müddət zaman verər. Məsələn, onlar sağlam kimi görünər, halbuki, Allah deyir ki: “Mən onları addım-addım bəlaya yaxınlaşdırıram”. Hər il, hər ay onlar bəlaya doğru yaxınlaşırlar.
(A9 TV; 10 iyul 2014)
Münafiqlərin baxışında pozğunluq vardır. Yəni nifrətini bir pərdə ilə gizlətməyə çalışar. Buna görə də münafiqin baxışı donuq olar. Amma gizlətsə də, başa düşülür.
(A9 TV; 10 iyul 2014)
Münafiq boş-boş danışar. Allahdan heç bəhs etmək istəməz. Münafiqin xüsusiyyətidir. Allahdan bəhs etdiyində içi yanar. Onlar həmişə nümunələrlə danışmağa çalışarlar. Yəni insanlardan, ətrafdan nümunə gətirər. Misallarla danışmaq münafiqin əsas xüsusiyyətidir.
(A9 TV; 10 iyul 2014)
Münafiq müstəqil bir şey edə bilməz. Məsələn, Allah onlara Drar məscidini qurdurur. Münafiqi Allah yaradır. Müsəlman savab qazansın deyə yaradılır.
(A9 TV; 10 iyul 2014)
Münafiqin Quranı dinləməyə dözümü olmaz. Çox sıxılar, boğular. Müsəlmandan da sıxılar. Çünki müsəlmanın üzündəki nur onu boğar. Müsəlmanları görərkən Allahı xatırlayar, sıxılar.
(A9 TV; 10 iyul 2014)
Münafiqlər şeytanla əlaqə qurub ondan məlumat alar. Şeytan ona: “onu et, bunu et, belə pislik et, belə əxlaqsızlıq et, belə fitnə çıxar”― deyə, ona tək olarkən ağıl verər. Möminlərin yanında Allahdan bəhs edildiyi üçün orada diqqəti yayınar.
(A9 TV; 10 iyul 2014)





