Məkkə dövründə də minlərlə büt vardı. Quranı yetərli görməlisən. Allahın demədiyi bir şeyi bir insan “dedi” deyirsə, onda bu bütpərəst inancdır.
(A9 TV; 19 noyabr 2014)
Biz Mehdi (ə.s)-ı niyə sevirik? Allah üçün sevirik. Allahın təcəllisi olaraq sevirik. İsa Məsihi niyə sevirik? Allahın təcəllisi olaraq sevirik. Əlbəttə ki, ət-sümük olaraq sevmirik.
(A9 TV; 19 noyabr 2014)
Cənub-Şərq bölgəsində ən vacib, ən əhəmiyyətli şeylərdən biri mühafizəçilərə sahib çıxmaqdır. Mühafizəçilərə polis statusu verilsin. Şəhərdə də silah gəzdirmələrinə imkan verilsin. Sayları artırılsın.
(A9 TV; 19 noyabr 2014)
Sevgisizlik çox qorxuncdur, sevgi isə çox zövqlü bir şeydir. İnsan sevgisiz xəstə olar, Allah qorusun ölər. Sevgisiz yaşamaq olmaz.
(A9 TV; 19 noyabr 2014)
Allah dünyanı sevgi üçün yaratdı. Cənnətin yaradılma məqsədi sevgidir, dünyanın yaradılma məqsədi də sevgidir. Allah sevilmək istəyir; Allah qullarını sevir, “onlar da Məni sevsinlər” deyir. Daima nifrət edirlər. Şeytanın sözünə qulaq asırlar. Halbuki, Allahın sözünə qulaq asmalıdırlar.
(A9 TV; 11 noyabr 2014)
Romantiklik ayrı bir din, ayrı bir inanc kimidir. Çünki, Allahı tərk etmiş, Allaha təvəkkül etməkdən uzaqlaşmış, öz şeytanı ilə məşğul olan adamdır. Hərdən ağlayar, hərdən kədərlənər, hərdən hüznə qapılar, heç cür başı bəladan qurtarmaz. Halbuki, əks təqdirdə adam könlünü Allaha bağlamışdır. Məsələn, şər kimi görünən bir hadisə qarşısında; “bunda xeyir vardır” deyir. Özünü aldadırmı? Doğru söyləyir. Həqiqətən var.
(A9 TV; 11 noyabr 2014)
Emosionallıq və romantiklik imanın polad zirehinə dəydikdə birbaşa yerə düşər. Rasionalizmin şəffaflığı, gözəlliyi, aydınlığı ortaya çıxar, eynilə kristal kimi.
(A9 TV; 11 noyabr 2014)
İmansız insan bütün şövqünü və yaşamaq əzmini itirər. Allah eşqiylə hərəkət edən isə şövqlü olar. Nə depressiyaya girər, nə də stressə. Əks təqdirdə, insan emosionallığa, romantizmə, kədərə və qorxuya qapıla biləcək vəziyyətdədir.
(A9 TV; 11 noyabr 2014)
Abdullah Öcalanın sərbəst buraxılması nə deməkdir? PKK qanuni bir təşkilatdır deməkdir. PKK-nın törətdiyi cinayətlər də qanuni deməkdir, haşa. Məntiqsizliyi bir kənara qoyun. Elə bir şey olmaz, onsuz da buna izin vermərik, bunu unutsunlar. Niyyətləri vardı, lakin izn vermirəm. Çıxa bilməyəcək və çıxmayacaqdır.
(A9 TV; 11 noyabr 2014)
Abdullah Öcalanın sərbəst buraxılması, Yaxın Şərqin qan dənizinə çevrilməsi deməkdir. Yəni Allah uzaq etsin, əgər belə olsa nə türk, nə kürd, nə çərkəz, nə laz, nə avropalı, nə də asiyalı sağ qalar. Bütün dünya cəhənnəmə dönər. Problem çıxartmasınlar.
(A9 TV; 11 noyabr 2014)





