Haqq, dünya miqyasında baş verən böyük bir zorakılıqdan sonra qəbul edilir. Zorakılıq olmadan qəbul edilməz. Bu insanların fitrətində var. Bu Ad qövmündə, Səmud qövmündə, bütün qövmlərdə var. Mütləq zorakılıq olmalıdır. Zorakılıq olduqda dünyadan əl çəkirlər, artıq axirəti düşünməyə başlayırlar.

(A9 TV; 4 yanvar 2015)

Mehdiyyət tələsik bir fəaliyyət deyil. Mehdiyyət bir yerə doğru getməz. Hadisələr mehdiyyətə doğru gələr. 2015-ci il fəlakətlər ilidir. 2016-cı il də fəlakətlər ilidir, həmçinin 2017-ci il də. Amma sonunda inadkarlıq edərək qəbul etmədikləri şeyi qəbul etmək məcburiyyətində qalacaqlar. Allahın arzusu yerinə yetmiş olacaq.

(A9 TV; 4 yanvar 2015)

Allah 2015-ci ildə təzyiqi bir qədər də artıracaq. “Nə edək?” deyə qışqırmağa başlayacaqlar. Sonra mehdiyyət mövzusu gündəmə gələcək. “Müsəlman aləminin bir liderinin olması lazım deyil?” deyəcəklər. “Lazımdır” deyəcəklər. “Görəsən nə edək?” deməyə başlayacaqlar. Sonra “Mehdi” adını zikr etməyə başlayacaqlar. Sonra da Mehdi (ə.s)-ı axtarmağa başlayacaqlar. Bu da formal xarakterli bir axtarışdır. Yəni Allah onları ən çox qaçdıqları mövzuya daha çox məcbur edəcək.

(A9 TV; 4 yanvar 2015)

Kilsə də inşa etsinlər, sinaqoq da inşa etsinlər. Bu Peyğəmbərimiz (s.ə.v)-in dövründə sərbəst idi. Allah müsəlmanların kilsələrə, sinaqoqlara sahib çıxmasını söyləyir. “Hücum edin” demir.

(A9 TV; 4 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)