PKK bir tərəfdən qudurur, münafiqlər bir tərəfdən qudurur, kafirlər də başqa bir tərəfdən qudurur. Hər cür alçaqlığı etməyə çalışırlar. Müsəlmanlar çox təmkinli, ağıllı hərəkət etməlidirlər. Hər bir hadisəni Allahın yaratmış olduğunu bilməlidirlər. Hamısında bir xeyir görüb, gözəl bir səbirlə, ağıllı surətdə Qurana görə hərəkət etməklə qarşılıq verməlidirlər.

(A9 TV; 8 yanvar 2015)

Dəccalın, şeytanın zəncirlərinin açıldığı bir dövrdəyik. Dəccalın zəncirləri açıldı. Peyğəmbərimiz (s.ə.v): “O (Dəccal) zəncirə vurulmuşdur” deyir. “Axırzamanda zənciri açılır” deyir. Dəccalın zənciri açıldıqda, kafirlərin də zənciri açılır və beləliklə hücuma keçirlər. Artıq zalımlar, münafiqlər və əxlaqsızlar üçün əlverişli bir mühit yaranmış olur.

(A9 TV; 8 yanvar 2015)

Türkiyə darvinist təhsildən imtina etməlidir. Bu, kafirlərə və dəccaliyyətə vurulacaq ən böyük zərbə olar. Xeyli iztirab çəkərlər. Yer yerindən oynayar. Darvinizmi çox əhatəli izah edib, cavablarını vermək çox gözəl olar.

(A9 TV; 8 yanvar 2015)

Qurana geri qayıdılmalıdır. Qurana qayıdılması üçün də mehdiyyətə qayıdılmalıdır. Mehdiyyət olmadıqda, Qurana geri qayıdılması çox çətindir. Olsaydı daha əvvəl olardı.

(A9 TV; 7 yanvar 2015)

Düşüncə azadlığı; hər kəsi təhqir etmək, hər kəsi kədərləndirmək, incitmək, onun sevincini, sevgisini boğmağa çalışmaq mənasını verməz. Sevgini əsas götürməlidirlər. Düzdür fikir azadlığı müqəddəsdir, amma sevgi daha da müqəddəsdir. Nəzakət daha müqəddəsdir, hörmət daha müqəddəsdir.

(A9 TV; 7 yanvar 2015)

Qatı dinçilər “İslam məzar dinidir” deyir. Torpağın altında yaşayarsan, qaranlıqda yaşayarsan. “Bunlarınkında aydınlıq var, işıq var, musiqi var, şəkil var” deyir. Həyat var, rəqs var, belə din olmaz deyir. Din qətran altında yaşanılar, işgəncə altında yaşanılar deyir. Qanın, iltihabın içində yaşayarsan, din buna deyilir deyir. Bəzi səfehlər də buna inanır. Bilmədən şeytana təslim olurlar. Bu hiyləni aradan qaldırırıq və qaldıracağıq da.

(A9 TV; 6 yanvar 2015)

Biz İslamın açıq-aydın tərəfini göstərdikcə qatı dinçilər öz aləmlərində qaranlıqdakı yarasaların birlikdə qışqırması kimi var gücləriylə qışqırıb bu gözəlliyə mane olmağa çalışırlar. İstədiyiniz qədər çırpının, mehdiyyət dövründə bunun qarşısını almağınız qeyri-mümkündür.

(A9 TV; 6 yanvar 2015)

Qatı dinçilərin həyatı qan və irin, eləcə də, dəhşətlə doludur. Nəşə yoxdur, sevinc yoxdur, həyat da yoxdur. Namərdlik, xainlik vardır, hiylə vardır, dedi-qodu vardır. Fitnə vardır, qatı dinçilikdə, xurafatçılıqda və irticaçılıqda hər cür pislik vardır.

(A9 TV; 6 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)