Fəthullah Gülən hoca sevgi dolu bir insandır, mərhəmətli bir insandır. Dostları da elədir. Mən cavabdehəm. O insanlar terror, zorakılıq hadisələrinə əsla qoşulmazlar. Oraya dərin dövlət bulaşar, o ayrı. Dərin dövlətlə Fəthullah hocanın camaatını, dostlarını ayırd etmək lazımdır.
(A9 TV; 10 yanvar 2015)
Heç bir hökumət darvinizmə qarşı çıxa bilmir. Darvinizm müqəddəs bilinir. Bütün dünya dövlətləri darvinizmin qarşısında diz çökür. Amma biz elmlə, mədəniyyətlə, ağılla, fikirlə darvinizmin yaxasından yapışdıq.
(A9 TV; 10 yanvar 2015)
İndiyə qədər dəccal hərəkatlarının hamısını bir yerə gətirsən bu böyük dəccalın 1 %-i belə etməz. Darvinizm və materializm o qədər böyük bir dəccal hərəkatıdır.
(A9 TV; 10 yanvar 2015)
Dünya yaranandan bəri darvinizm qədər geniş yayılmış Allahsız, Kitabsız bir cərəyan olmamışdır. Yəni bu ilk dəfədir ki, 6-7 milyard insanı öz təsiri altına salan Allahsız, Kitabsız bir cərəyan, bir inancdır. Dəccaliyyət məhz budur.
(A9 TV; 10 yanvar 2015)
CHP-nin edəcəyi ən böyük yaxşılıq din azadlığıdır. Camaatlarla mehriban olsunlar. Bütün hər kəsə sevgi bəxş edəcəklərini göstərsinlər.
(A9 TV; 10 yanvar 2015)
Allah Özünü sevməyən bir qövmə rahatlıq verməz. Özünü sevirsə rahatlıq verər. Fransa qurtuluşu imanda axtarsın, Allah sevgisində, Allah qorxusunda axtarsın.
(A9 TV; 10 yanvar 2015)
Baxın deyirəm ki, Fransaya böyük müsibətlər üz verəcək. Bəla bütün Avropanı bürüyəcəkdir. Söz eşitmirlər. Allah buranı əyləncə yeri olaraq yaratmadı. Allaha inam çox əhəmiyyətlidir, Allahı sevmək çox əhəmiyyətlidir. Kainat bunun üçün mövcuddur. Sən Allahdan uzaq olsan, Allah rahatlıq verməz.
(A9 TV; 10 yanvar 2015)
Birlik-bərabərlik Allaha iman etməklə olar, Allahı sevməklə olar. Allahı sevməsən fəlakətin qapısı açılar.
(A9 TV; 10 yanvar 2015)
Bu soyuq havalarda küçə heyvanlarını çox yaxşı qoruyub-himayə etsinlər. Bir tikə pendir, bir parça ət onlar üçün çox əhəmiyyətlidir. Bu soyuq havada immunitetlərini artırar. Allah qorusun, əgər yemək tapa bilməsələr soyuqdan donub ölərlər. Bunun üçün hər kəs mütləq itlərə bir şey versin.
(A9 TV; 8 yanvar 2015)
Kəhf surəsi əvvəldən axıra qədər mehdiyyətə işarə edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini göstərir. Bir çox ayə var. Yusif surəsi, Süleyman hekayəsi. Hamısı simvollarla mehdiyyəti izah edər.
(A9 TV; 8 yanvar 2015)





