Sevginin təməli Allah qorxusudur. Allahdan qorxmayan sevgini bilmir. Ehtirasın, eşqin, sevginin mənbəyi Allah qorxusudur.

(A9 TV; 11 yanvar 2015)

100 il sonra var gücüylə bəla çıxmağa başladı. Əvvəlcə darvinizmin ucbatından I Dünya və II Dünya müharibələri yaranmağa başladı. İndi də bütün dünyada bir qətliam və intihar qasırğası başladı. Mehdi (ə.s)-ın zühuru ilə bu bəla dayanacaqdır, inşaAllah.

(A9 TV; 11 yanvar 2015)

Fransa ateist olmağı çox asan bir şey zənn etdi. Darvinist, materialist olmağı çox asan bir şey zənn etdi. Dəccaliyyətin toxumlarını əkdilər. Dəccaliyyət o zəhərli zəqqum meyvəsini hələ təzə-təzə verməyə başladı.

(A9 TV; 11 yanvar 2015)

Fransa darvinist, materialist təhsili, Allahsız təhsili çox yaxşı bir şey zənn etdi. Hal-hazırda başına çox böyük bir bəla açdı. Hal-hazırda onun Allahsız, dinsiz olaraq yetişdirdiyi gənclər böyük bir fəlakət, bəla ordusu meydana gətirirlər. Yalnız Mərakeş, Tunis, Əlcəzair deyil, Fransız gəncləri də belədir.

(A9 TV; 11 yanvar 2015)

Fitnə bütün Fransanı, Avropanı, hər yeri bürüyəcək. 2015-ci il çox qanlıdır, çox böyük hadisələr yaşanacaq. 2016-cı il də elədir, 2017-ci il də həmçinin. 2019-cu ildə bir rahatlıq başlayar. Allaha sarılmadıqca Allah insanlara rahatlıq verməz. Bu da Mehdi (ə.s) ilə mümkündür.

(A9 TV; 10 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)