1 milyon adam şəhid olsa bir qarış torpaq vermərik. 2 milyon adam şəhid olsa yenə bir qarış torpaq vermərik. 3 milyon adam şəhid olsa yenə də bir qarış torpaq vermərik. Bunu unutmalıdırlar.
(A9 TV; 5 yanvar 2015)
Türkiyə parçalanacaqsa, onda bizim yaşamağımızın bir mənası yoxdur. Yəni heç bir türkün yaşamasının mənası yoxdur, kimsənin yaşamasının mənası yoxdur. Çünki, o həyat şərəfsiz bir həyat olacaq. Heç kimin yaşamasının mənası qalmaz. Məhz belə olduqda qiyamət qopar. Bütün dünyada qiyamət qopar.
(A9 TV; 5 yanvar 2015)
Muxtariyyət deyə bir şey əsla olmaz. Bu Türkiyənin məhv olması deməkdir. Türkiyənin məhv olması, bütün Yaxın Şərqin məhv olması deməkdir. Heç bir türk övladı belə bir şeyi həzm edə bilməz. Yəni kütləvi surətdə yox olarıq. Bütün dünya yox olar.
(A9 TV; 5 yanvar 2015)
Türkiyə üçün ən böyük təhlükə qatillərə amnistiya tətbiq edilməsidir. Belə olması Türkiyənin rəsmi surətdə məhv olması deməkdir. Əgər bir insan Mehmetciyi, polisləri qətlə yetirən kimsələri bağışlasa, deməli, o dünyanın ən alçaq, ən pis xarakterli adamıdır.
(A9 TV; 5 yanvar 2015)
Dünyada sevgisizlik hakimdir. Sevgisizlik hakim olduğu üçün bölünmə istəyirlər. Ayrılmaq istəyir, nifrət edir. Məsələn, o ölkədən nifrət edir, ölkə də ondan nifrət edir. Həmyerlilər bir-birindən nifrət edir. Ailələr bir-birindən nifrət edir, insanlar bir-birindən nifrət edir. Əvvəlcə sevgi məsələsi həll edilməlidir.
(A9 TV; 5 yanvar 2015)
Sevgisizlik, eqoistlik insanı bölünməyə aparar, parçalanmağa aparar. Sevgi isə birləşməyə aparar. İnsan sevdiyindən ayrılmaq istəyərmi? Sevməyəndə ayrılmaq istəyər. Nifrət etdiyi kimsəni görmək istəməz. Dünyadakı bu bölünmələrin səbəbi sevgisizlikdir.
(A9 TV; 4 yanvar 2015)
Allah: “Siz müsəlmanlar arasından seçilmiş xeyirli ümmətsiniz” deyir. Bütöv, birlik halındadır, hər şeyi bütöv və birlikdir. Qonşu kimi, ailə kimi, iç-içədir.
(A9 TV; 4 yanvar 2015)
Biz müsəlmanıq, müsəlmanlar tamdır, birlikdir, parçalanmaz. Allah bölünməyi müsəlmanlara haram buyurmuşdur. Müsəlmanların bölünməsi ən qatı haramlardan biridir. Müsəlmanlar hər hansı bir ad altında bölünə bilməz.
(A9 TV; 4 yanvar 2015)
Hər mehdi hərəkəti istəsə də, istəməsə də həqiqi hz. Mehdi (ə.s)-a xidmət edir.
(A9 TV; 4 yanvar 2015)
Bütün yalançı mehdi olma həvəskarlarının uğursuzluğa düçar olduqlarını görürük. Deməli, cəhd etməklə olmur, həvəslənməklə olmur. Mən Mehdi olacağam deyə ortaya atılmaqla olmur. Allahın o adamı Mehdi olaraq yaratması lazımdır.
(A9 TV; 4 yanvar 2015)





