İman və Allah sevgisiylə zəngin olmaq çox gözəldir. Onda səxavətli olarsan, dost olarsan, uşaqlara bir şeylər verərsən, insanlara bir şeylər verərsən. Bol qazanarsan amma bol xərcləyərsən. Hal-hazırda nə bol gəlir var, nə də bol xərc. Geniş şəkildə yayılmış bir kasıblıq var.

(A9 TV; 15 yanvar 2015)

Zəka qadına çox yaraşır. Yəni gözündəki o ağıllı ifadə. Məsələn, mənasız, quş kimi baxan bir qadının, təəssüf ki, bütün ehtişamı, bütün heybəti getmiş olur. Əgər həqiqətən bir problemi yoxdursa, özünü bu hala gətirməsi çox böyük bir ağılsızlıq olar.

(A9 TV; 15 yanvar 2015)

Qüds-ü Şərif müqəddəs bir şəhərdir, bərəkətli bir yerdir. İnsana hüzur gəlir, Qüdsə gedən özünə gəlir. Qüdsün xüsusiyyətidir bu. Allah oraya bir bərəkət, bir hüzur, bir rahatlıq vermişdir. Məkkə də elədir. Gedən qayıtmaq istəmir.

(A9 TV; 15 yanvar 2015)

Yenə hadisələr olar, yenə qarşıdurma olar. Bunun sonu gəlməz. Allah sevgisindən qaynaqlanan sevgi olmadıqdan sonra bu bəla hər yeri bürüyər, bu atəş hər yeri bürüyər. Amma qulaq asacaqları gün gələcək. Təxminən 2019-cu ildə diz üstə çökəcəklər. Haqqın, həqiqətin, sevginin doğru olduğunu anlayacaqlar.

(A9 TV; 15 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)