İsraildə saçları xeyli qıvrım olub küftə kimi olan kiçik yaşda uşaqlar var, günahsız dindar xristianlar var, yəhudilər var. Biz niyə onlara qarşı olaq? 80% İsrail əleyhdarlığı çox yüksək bir göstəricidir. Bu çox ürküdücüdür. Bu uğursuzluq gətirər.
(A9 TV; 27 yanvar 2015)
Sən məzlum bir millətə qarşı nifrət duysan, Allah da fəlakət gətirər. Millət olaraq, heç kimə qarşı nifrət bəsləməyək, heç kimdən nifrət etməyək. Hər kəsi sevək. Zalımlara qarşı olaq.
(A9 TV; 27 yanvar 2015)
İsrailə meydan oxumaq qəhrəmanlıq deyil. İsraildəki zalımlara meydan oxumaq lazımdır.
(A9 TV; 27 yanvar 2015)
Solcu hökumətin hakimiyyətə gəlməsi nəticəsində Yunanistan hal-hazırkı fəlakətin daha da pisinə düçar olub, bir uçuruma diyirlənəcək. Bu da ayrı bir oyundur. Baxın yaxın zamanda iqtisadiyyat necə alt-üst olacaq, necə bir pərişanlıq yaşanacaq, hal-hazırda isə Yunanıstanı təsvir edilə bilməyəcək bir bəla bürüyəcək. Hökumət də yaxın zamanda devrilər. Önümüzdəki günlərdə görərsiniz, vurğulayaraq deyirəm.
(A9 TV; 26 yanvar 2015)
Hal-hazırda kürd qardaşlarımız zəfərə doğru gedirlər. Bütün PKK murdarlığını, kökünü təmizləyəcək kürd qardaşlarımız. Bunu Türk ordusuyla, öz qardaşlarıyla birlikdə edəcək. Allah PKK-nın bəlasını verəcək və məhv olacaqlar.
(A9 TV; 26 yanvar 2015)
Xüsusi Təyinatlı Qüvvələrə məxsus bağlanılan məktəblər yenidən açılsın. Xüsusi Təyinatlı Qüvvələrə ən yaxşı silahlar verilsin. Barıtın keyfiyyəti artırılsın. Dövlətimizdən xahiş edirik. Snayperlərin sayı artırılsın. PKK-nın qarşısını almaq üçün bunlar əhəmiyyətli şeylərdir.
(A9 TV; 25 yanvar 2015)
Hiyləylə, məkrlə hökumət devirmə dövrü bitdi. Bunu unutmalıdırlar. Seçkiylə gələn seçkiylə gedəcək.
(A9 TV; 25 yanvar 2015)
Bunu deyim ki, mehdiyyət olmadan bu ənənəvi Ortodoks İslam anlayışı, ənənəvi Ortodoks şiə anlayışı dünyanı məhv edər. Çox əzab çəkəcəklər, ən sonunda anlayacaqlar. Bu bəla Mehdi (ə.s)-la bitər, başqa cür bitməz.
(A9 TV; 24 yanvar 2015)
Namaz qılmayan və zəkat verməyən insanların öldürülməsi lazımdır kimi bir inanca sahib olub, bunu insanlara izah etsən, onda Avropa İttifaqı səni qəbul etməz. Amma mehdiyyət ruhuyla, Quran əxlaqıyla yaxınlaşsan Avropa səninlə qonşu olmağına sevinər.
(A9 TV; 24 yanvar 2015)
Avropa Birliyinə mehdiyyət dövründə daxil olacağıq. O zaman qatı dinçilik aradan qalxacaq, insanlar musiqiyə haram gözüylə baxmayacaq, dekolteli xanımlara hörmət göstərəcəklər. Heykəl, şəkil, musiqi bunlar gözəllikdir. Bunlara qarşı çıxan böyük bir kütlə yaratdığın təqdirdə Avropa səni qəbul etmək istəməz.
(A9 TV; 24 yanvar 2015)





