Bir insan hər cəhətdən yaxşı ola bilməz. Yaxşı insanın da mütləq səhvləri olar. 90%-i yaxşıdır, yaxşı cəhətlərindən danış, 10% olan pis cəhətlərindən də danışarsan. Amma 90%-lik hissəni yox etsən, o zaman zülm olar.
(A9 TV; 23 yanvar 2015)
Mehdi (ə.s) Quranı başqa cür şərh edər, dəccal başqa cür şərh edər. Evangelistlərin bir hissəsi dəccal kimi şərh edir, Mehdi ruhuyla şərh etsən Rəhmani nəticə əldə olunar. Bunun üçün Axırzamanda Mehdi (ə.s) gözlənilir. Hal-hazırda dəccalın şərhləri vardır. Dəccalın bu şərhlərindən ortaya dəhşət çıxar.
(A9 TV; 23 yanvar 2015)
Afrika Axırzamanda qurtulacaqdır. Afrika bütün tarix boyu əziyyətlər çəkmişdir. Çəkdikləri əziyyətlər ancaq mehdiyyətlə birlikdə bitəcək, amma bu əziyyət inşaAllah axirətdə onlara bir gözəllik olaraq qayıdacaq. Əgər iman etmişdirlərsə çəkdikləri o ağrılar, o əziyyətlər onlara mükəmməl şəkildə qayıdacaqdır. Cənnət bağları, cənnət süfrələri… Hamısından da əhəmiyyətlisi Allahın razılığı.
(A9 TV; 23 yanvar 2015)
Musiqi ruhun qidasıdır. Burada etdiyimiz söhbətlər və verdiyimiz faydalı məlumatlar ağılın qidasıdır. Amma musiqi də ruhun qidasıdır. Gözəl insanlar da ruhun qidasıdır, estetika da ruhun qidasıdır. Burada ruh qida qəbul etmiş olur.
(A9 TV; 22 yanvar 2015)
Kasıblıq dünyada xüsusi olaraq yaradılan bir vəziyyətdir. Amma lap arxasında Mikayıl (ə.s) dayanır. Yəni bu işin içində bir sirr var.
(A9 TV; 22 yanvar 2015)
Mehdi (ə.s)-ın zühurundan əvvəl bütün Avropada fövqəladə bir fəlakət dalğası yayılacaq. Allah Özünü insanlara xatırladacaq. Sonra da bir hüzur dövrü başlayır.
(A9 TV; 22 yanvar 2015)
Bu əsrdə mehdiyyətə qarşı edilən çıxışlar İslam tarixində heç görülməmiş dərəcədə yüksəkdir. İslam tarixində mehdiyyətə qarşı edilən çıxışlar əvvəllər bir idisə, hal-hazırda milyon olmuşdur. Yəni milyon misli daha artdı.
(A9 TV; 22 yanvar 2015)
İslam hər yerə hakimdir. Əyləncə mərasimində də Allah barəsində danışarsan, toyda da. Əyləncə mərasimində Allah barəsində danışmaq olmaz kimi bir şey yoxdur. Bu dinsizliyi rəvac edəcək şəkildə yaymağa çalışan bir məntiqin əsəridir. Çünki, insanlar musiqiyə və əyləncəyə maraq göstərir. “Musiqi, əyləncə olduqda Allah barəsində heç danışmayın, susun” deyirlər. Dinsizlik məhz bunun nəticəsində yaranır.
(A9 TV; 22 yanvar 2015)
PKK-ya pul və ya silah göndərən Avropa dövlətlərinə beynəlxalq məhkəmələrdə iş açılmalıdır. Çünki, terror təşkilatını dəstəkləyən bir dövlət var. Onlar da terrorist sayılırlar.
(A9 TV; 21 yanvar 2015)
Bədən müqaviməti azaldığında xəstəlik yaranar. Şən olsunlar, sevgi dolu olsunlar. Nifrət xəstəliyi gücləndirər, xərçəng xəstəliyi yaradar. Qəlblərində nifrət və qəzəb saxlamasınlar. Sevgi bədəni bəsləyər. Hər yerə Allahın təcəllisi olaraq baxıb sevgiylə yaxınlaşsınlar.
(A9 TV; 21 yanvar 2015)





