Milli Müdafiə Nazirimizdən xahiş edirəm ki, əsgərlərimizə ən azı 1500-2000 metr məsafəni vura bilən silah versinlər. Barıtın da, silahın da keyfiyyəti mükəmməl olsun. Allah silahdan istifadə etməyi nəsib etməsin, Allah uzaq etsin, silahın üzü soyuqdur, amma qorxutma qabiliyyəti böyükdür.

(A9 TV; 28 yanvar 2015)

Sevən sevdiyi üçün hər cür fədakarlığı etməlidir. Lazım gəlsə Allah üçün canını da verər, qoruyub himayə edər. Aman heysiyyətinə zərər gəlməsin, şərəfinə, namusuna zərər gəlməsin, ağlına, bədəninə zərər gəlməsin deyə çox diqqət göstərər. Yeməsinə, içməsinə, yuxusuna, hər şeyinə diqqət göstərər. Aşiqin əlaməti budur. Sevdiyini ölümünə qoruyar.

(A9 TV; 28 yanvar 2015)

Qadın Allahın təcəllisidir. Qadına olan sevgi, Allaha olan sevgidən qaynaqlanır. Təcəlliyə olan sevgidən qaynaqlanır. Allah “Nur” adıyla, “Camal” adıyla təcəlli edir. Bütün gözəllik Allaha məxsusdur.

(A9 TV; 28 yanvar 2015)

Yaşanılan sevgi Allah sevgisinə əsaslanırsa məqbuldur. Əgər Allah sevgisinə əsaslanmırsa, deməli, o heç bir şeydir. Onun eşqlə, sevgiylə, məhəbbətlə əlaqəsi yoxdur. Söyləyən də yalan söyləyir. O Allah sevgisinə əsaslanırsa, sevgidir.

(A9 TV; 28 yanvar 2015)

Dövlət Cənub-Şərq bölgəsində yaşayan bələdiyyə başçılarına da rüsxətli avtomat silah versin. Qardaşım bu iş çox çətindir. PKK-lılar iki min metr məsafəni vuran avtomat silahlarla qapıya gəlib çıxırlar. Keşikçilərdə və bələdiyyə başçısında silah olduğu təqdirdə, adam necə gələ bilər? Bunu nəzərə alar, “Aman aman” deyər. Buna görə də PKK-ya qarşı silahdan istifadə etmək, qorxutmaq üçün əhəmiyyətlidir.

(A9 TV; 27 yanvar 2015)

Allah, sevgi olan yerə bərəkət gətirər. Biz qəlbimizdə heç bir ölkəyə və heç bir qövmə qarşı nifrət və qəzəb bəsləməyək. Bunu yox edək. Bu uğursuzluq gətirər.

(A9 TV; 27 yanvar 2015)

Türkiyənin üstündən bir fəlakət gəlib keçdi. Türkiyədə bir gözəllik, işıq olduğu üçün Türkiyəyə bəla üz vermədi. Türkiyədə bir işıq, bir gözəllik olmasaydı Türkiyəyə bəla üz verəcəkdi, İbrahim (ə.s)-ın hekayəsindəki kimi.

(A9 TV; 27 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)