Sevən, Allah rizası üçün ölümü gözə almalı və bunun üçün də ölümü arzulamalıdır. Allaha qurban olmalıdır. Boynunu qoymalıdır. Bəzilərinin canı şirindir, ən kiçik mənfəətlərinə belə zərər gəlməsini istəmir, tükünə belə zərər gəlməsini istəmir, “əvvəlcə özüm” deyir. Əvvəlcə sevdiyin olmalıdır. Yəni heç bir şeyini vermək istəmir, heç bir şeyini ona təqdim etmək istəmir. Daim özünü qurtarmağa çalışır.
(A9 TV; 29 yanvar 2015)
Aşiq olmaq üçün peyğəmbər əxlaqı kimi əxlaq lazımdır. Allaha bağlanmaq, Allah üçün yaşamaq lazımdır. Dünyadan imtina etmək lazımdır. Eqoist bir adam aşiq ola bilərmi? Onsuz da kiri üstünə sürmüş olur. Eqoistdirsə mümkün deyil.
(A9 TV; 29 yanvar 2015)
İŞİD mömin, müsəlman olmaqla yanaşı səhv yoldadır. Çünki zorakılıq tətbiq edir. İslamda zorakılıq yoxdur.
(A9 TV; 29 yanvar 2015)
Xüsusi təyinatlıların bağlanılan məktəbləri yenidən açılsın. Ən azı 40 min, 50 min xüsusi təyinatlı adam yetişdirək. Bu dövlətin gələcəyi üçün çox gözəl bir zəmanətdir.
(A9 TV; 29 yanvar 2015)
Federasiya yaratmaq, könüllü surətdə və qəsdən Cənub-Şərq bölgəsini təslim etmək deməkdir.
(A9 TV; 29 yanvar 2015)
Prezident idarəetmə sistemi mövcud olduğu halda, federasiyanın olmaması qeyri-mümkündür. Onsuz da prezident idarəetmə sisteminin tətbiq olunduğu hər ölkədə bölünmə oldu. Hal-hazırda ABŞ və Fransa dövlətləri bölünmək istəyir.
(A9 TV; 29 yanvar 2015)
Mehdiyyət sırf təbliğ ilə dünyaya hakim olan bir güc deyil. Hal-hazırda mehdiyyətin bütün qapıları açılır. Bunu edən mehdiyyətdirmi? Mehdi (ə.s) edirmi? Xeyr, Allah edir. Hal-hazırda mehdiyyətin önündəki bütün maneələr bir-bir aradan qaldırılır. Mehdiyyətin bütün sistemi hazırlanılır. Bu Allah tərəfindən yerinə yetirilir.
(A9 TV; 28 yanvar 2015)
Darvinizm, materializm öyrədildiyi halda, Türkiyədə İslam Birliyi ola bilməz. Əvvəlcə darvinizm və materializm aradan götürülməlidir. Milli təhsildə; “Allah yoxdur” deyirsən, bu Allahın xoşuna gəlməz. Bu qəzəb qazandıracaq çox dəhşətli bir sözdür.
(A9 TV; 28 yanvar 2015)
İslam Birliyi qurmaq üçün təhsil lazımdır. İslam Birliyini siyasətlə qurmaq olmaz. Misirdə bunu etməyə çalışdılar, Misir məhv oldu. Siyasətlə belə olar. Liviyada siyasətlə İslam Birliyini qurmağa çalışdılar, o da məhv oldu. Suriyada etməyə çalışdılar, Suriya da məhv oldu. Siyasətlə olmaz. Quran həqiqətləri, iman həqiqətləriylə olar. İslam Birliyi elmlə, irfanla qurular.
(A9 TV; 28 yanvar 2015)
PKK-lı çaqqallar Cənub-Şərq bölgəsində silahın gücündən istifadə edirlər, Türk ordusunda daha mükəmməl silahlar olmalıdır.
(A9 TV; 28 yanvar 2015)





