Əvvəlcə Türkiyədə darvinizm elmlə yox edilməlidir. Bu böyük bir fəlakətdir. Bu Allaha xoş getməz. Dünya tarixində Allaha qarşı belə çirkin bir cürət heç göstərilmədi. Belə bir dəccallıq heç edilmədi.

(A9 TV; 1 fevral 2015)

Bədiüzzaman Türkiyədə dini, dinin həqiqətini təkmilləşdirdi, Atatürk də xurafatçılığı təmizlədi. Türkiyə bu iki dəyərli şəxs tərəfindən hal-hazırki gözəlliyə qovuşmuşdur. Birincisi Atatürk, ikincisi isə Bədiüzzamandır. Bir-birlərinə zidd kimi görünmələri leduni bir elmdir. Onu hər kəs başa düşə bilməz. Bir-birinə zidd kimi görünməsi, onun üsuludur.

(A9 TV; 1 fevral 2015)

Qatı dinçilər qadını şeytan kimi görürlər. Kişiləri məhv edən, ailələri dağıdan, insanlara zərər verən, günah mənbəyi kimi görürlər. Yəni qatı dinçilərdə qadın nifrəti çox güclüdür.

(A9 TV; 31 yanvar 2015)

Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən, sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, “it şeytandır, gördüyün vaxt qov” desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi sənətə, elmə dəyər vermələridir.

(A9 TV; 31 yanvar 2015)

Türkiyənin bir adamın və ya yüzlərlə adamın beyniylə idarə olunması ayrı-ayrı şeylərdir. Yüzlərlə adamla idarə olunmalıdır. Yüzlərlə adamın qabiliyyəti, bacarığı dövlətdə öz əksini tapmalıdır. Bir adamın qabiliyyəti ilə edilməyə çalışsalar bu alınmaz.

(A9 TV; 31 yanvar 2015)

Demokratik ölkələr içərisində prezident idarəetmə sistemiylə idarə olunan ölkə yoxdur. Üç ölkə vardır ki, onlar da sürünürlər. Bir dənə belə parlament sistemi ilə idarə olunan avtoritar ölkə yoxdur. Avtoritar ölkələrin hamısı prezident idarəetmə sistemiylə idarə olunur.

(A9 TV; 31 yanvar 2015)

Prezident idarəetmə sistemi heç bir ölkədə normal seçki yoluyla, xalqın istəyi ilə tətbiq olunmağa başlamamışdır. Həmişə baş verən döyüş, çevriliş nəticəsində tətbiq olunmağa başlanmışdır. Harada bir hadisə, bir çevriliş baş versə, arxasınca prezident idarəetmə sistemi tətbiq olunmağa başlamışdır. Yəni zorla tətbiq olunmağa başlandı.

(A9 TV; 31 yanvar 2015)

Prezident idarəetmə sisteminin olduğu bütün ölkələr çökdü, məhv oldu. Heç birinə bərəkət, hüzur gəlmədi. Onları hər yerdə bir fəlakət bürüdü. Xüsusilə də, Asiya ölkələri həmişə mafiyaya təslim oldu. Yaxın Şərq ölkələrinin liderləri həlak oldu, dövlətləri dağıldı. Amerika iqtisadi cəhətdən çökdü. Fransa üç hissəyə bölünmək üzrədir. Hal-hazırda Amerika da bölünmək üzrədir.

(A9 TV; 31 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)