PKK silahı heç vaxt yerə qoymaz, Öcalan da heç vaxt silahların yerə qoyulmasını istəməz. Onsuz da onların tək zəmanəti silahdır. Silah sayəsində Cənub-Şərq bölgəsində güc əldə etdilər. Silah sayəsində hökumətin onlarla təmasda olmasını təmin edirlər. Silah sayəsində Abdullah Öcalanın şəkilləri, plakatları sərbəst oldu. Bunlar, silahlarının göstərdiyi təsir sayəsində oldu.
(A9 TV; 13 fevral 2015)
Dərhal əks hücuma keçilməli, PKK-nın əlindəki bütün silahlar toplanmalı və qruplaşma etibarsız hala gətirilməlidir. PKK-ya diz çökdürülməlidir. Aprel ayında qiyam qaldırmağa hazırlaşır, kimsə silahını yerə qoymadı. Hal-hazırda Cənub-Şərq bölgəsində dağ-dərə silahla doldu.
(A9 TV; 13 fevral 2015)
PKK-ya qarşı elmlə mübarizə aparılar. Şeirlərlə, əfsanələrlə, nağıllarla, xalq nəğmələriylə mübarizə aparılsaydı, biz də çox məmnun olardıq. Amma bu metod PKK-ya qarşı səmərəli olmaz. Əvvəla, darvinist-materialist təhsil dayandırılmalıdır. Yəni antikommunist təhsil verilməlidir. Kaş ki, romantik şeirlər, qəhrəmanlıq şeirləri təsirli olsaydı, amma olmaz. Bunlar PKK-nı yalnız güldürər.
(A9 TV; 13 fevral 2015)
Mehdi (ə.s) zühur etmədən əvvəl onun əlamətləri gələr. Gül bağçasına girmədən əvvəl bir gül qoxusu gəlir. Sonra gül ağacına doğru yaxınlaşarsan. O gül ağacını taparsan.
(A9 TV; 13 fevral 2015)
Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş-boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül, istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə bunların hamısı halaldır.
(A9 TV; 12 fevral 2015)
Xurafatçıların, qatı dinçilərin uydurma xurafatları atılsa, geriyə yalnız saf, xalis, əsil İslam dini qalar.
(A9 TV; 12 fevral 2015)
Milliyyətçi Hərəkət Partiyası vətən, millət, bayraq, dövlət sevgisi, millət sevgisi və diqqətli olmaq deməkdir, qəflətə və dəlalətə qarşı ayıq-sayıq olmaq deməkdir. Vətənin, millətin mənfəətini çox diqqətlə qorumaq deməkdir. Ciddi və ətraflı bir şəkildə araşdırmaq deməkdir. Buna görə belə müvəffəqiyyətli bir hərəkatı məclisdən uzaqlaşdırmaq düzgün deyil.
(A9 TV; 11 fevral 2015)
Birisi Mehdi (ə.s)-ın əleyhinə danışdıqda güman etmədiyi yerdən başını bir bəla bürüyür. Bir ayağından, bir başından, bir bədənindən tutur, bəla yağış kimi üstünə yağmağa başlayır. O uğursuzluq yaşadığını zənn edir. Halbuki mehdiyyətə qarşı xoşagəlməz sözlər deyir. Ona görə də Allah bəla verir, məsələ budur.
(A9 TV; 11 fevral 2015)
Xurafatçı yaradılarkən mehdiyyət düşməni olaraq yaradılır. Halbuki, onun düşmənçiliyi, mehdiyyətin məqamını yüksəltmək üçün xüsusi olaraq hazırlanmış bir sistemdir. O, yalnız mehdiyyətin mövqeyini yüksəltmək üçün, yaradılmış bir cəhənnəm adamıdır. Allah cəhənnəm üçün yaradılmış o adamları sayəsində Mehdi (ə.s)-ın mövqeyini yüksəldir.
(A9 TV; 11 fevral 2015)
“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini həll edər.
(A9 TV; 11 fevral 2015)





