Türkiyənin sahibləri çox güclüdür. Vətənpərvər gənclik Türkiyənin sahibidir, BBP-lilər Türkiyənin sahibidir, Səadət Partiyasının dindar gəncliyi, CHP-nin fəal, diribaş gəncliyi, Ədalət və İnkişaf Partiyasının dindar gəncliyi, hamısı Türkiyənin sahibidir. Buna görə heç kim Türkiyəyə oyun oynaya bilməz.
(A9 TV; 12 mart 2015)
PKK, kürd siyasi hərəkatı deyil. Kommunist bir hərəkatdır. İrqçilik ilə ortaya çıxırlar. Xalqı daha asanlıqla razı sala bilmək üçün bir həmyerlilik ruhuyla meydana çıxırlar. Açıq və aydın şəkildə stalinist, kommunist, materialist, Allahsız, kitabsız bir quruluşdur. Namərdliyi və xainliyi əsas götürmüş, fitnəkarlığı əsas götürmüş alçaq bir təşkilatdır. Məsələ budur.
(A9 TV; 12 mart 2015)
Hökumət məktəblərdə paleontologiya dəlilləri nümayiş etdirsin. Türkiyədə on minlərlə paleontologiya dəlil vardır. Muzeylərdə saxlayırlar. Bunlar insanların görəcəyi şəkildə məktəblərdə, küçələrdə, hər yerdə nümayiş etdirilsin. İnsanlar yaradılışın dəlillərini özləri görsünlər.
(A9 TV; 12 mart 2015)
Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə qalacaqlar. Bu qədər.
(A9 TV; 11 mart 2015)
Müsəlmanlar Allah tərəfindən hər cür tələdən qorunar. Son ana qədər qorunar.
(A9 TV; 10 mart 2015)
Qurana tabe olmayan bir insan ağıllı ola bilmir. Zəkalı olar, amma ağıllı ola bilməz.
(A9 TV; 10 mart 2015)
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar. Allah, bu əziyyətlərinə “fikir vermə” deyir. “Fikir vermə” nə deməkdir? Fərz deməkdir. Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir.
(A9 TV; 10 mart 2015)
Mömin duanı çox əhəmiyyətli görməlidir, Allahın dəyər vermə səbəbi, möminin Ona dua etməsidir.
(A9 TV; 10 mart 2015)
Ağılla Quranın yaxın əlaqəsi var. Ağılın olması üçün insanın Qurana tabe olması lazımdır. Quran bərabərdir ağıl, ağıl bərabərdir Quran.
(A9 TV; 10 mart 2015)
PKK-nın silahı yerə qoyması sadəcə yalandır. Adamlar kommunizmi hakim edəcəklərini düşünərək 40 ildir ki, mağaralarda gözləyirlər. Bu xəyaldır, silahı heç vaxt yerə qoymazlar.
(A9 TV; 9 mart 2015)





