Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst, ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin digər adıdır.

(A9 TV; 18 mart 2015)

Heç bir silaha ehtiyac yoxdur. Mehdi (ə.s) dövründə silahların hamısı ortadan qalxacaq. Silah və insan öldürmək üçün hazırlanan hər cür vəsait. İnsan sevilər, insan öldürülməz. İnsan öldürmək üçün bir vasitə hazırlamaq çox qorxunc bir şeydir. Hamısı ortadan qalxacaq, inşaAllah.

(A9 TV; 17 mart 2015)

“Insansız uçuş aparatı”, yəni şüursuz varlıqlardır. Aşağıda qadın var, uşaq var, kim varsa, hamısını öldürür. Türkiyə belə bir dəhşətə, belə qorxunc bir cinayətə əsla vasitəçi ola bilməz. Biz bu vətəni belə pis işlərə vasitə etmərik.

(A9 TV; 15 mart 2015)

Müsəlman müsəlmanı öldürməz. Bunu edən qatil olar. Cinayətə sövq etmək də, vasitəçilik etmək də bir cinayətdir. Əsla. İŞİD müsəlman bir birlikdir. Xətaları var, səhvləri var, amma müsəlman gənclərdən ibarətdir. Kim onları bombalasa, öldürsə, bu cinayət olar və Allah “qarşılığı sonsuz Cəhənnəmdir” deyir.

(A9 TV; 15 mart 2015)

PKK-lılara göstərilən hörmətin səbəbi silahdır onsuz da. Hal-hazırda bir çox insanın göstərdiyi hörmətin, nəzakətli üslubun tək səbəbi silahdır. Silah aradan qalxdıqda çox alçaldarlar, heç bir şəkildə adam yerinə qoymazlar PKK-lıları.

(A9 TV; 15 mart 2015)

Əlbəttə ki, prezident idarəetmə sistemi hakim olduqda Türkiyə bölünər. Tədbir alsa da bölünər. Bir çox fəlakət baş verər. Bəla hər yeri bürüyər. Bölünmənin qarşısını almağımız üçün, çox güclü qətiyyət göstərməyimiz, bir çox tədbir görməyimiz lazımdır. Çünki ciddi bir təhlükə var.

(A9 TV; 15 mart 2015)

Ruhunda pis nifrəti saxlayan bir insan daim bəla dənizi içərisində üzər. Nifrətdən qaçmaq lazımdır. Qəlbə yalnız sevgini qoymaq lazımdır. Qəlb eyni anda pis və təmiz olmağa dözə bilməz. Qəlbə yalnız təmizliyi yerləşdirmək lazımdır. Qəlb pislikdən təngə gələr.

(A9 TV; 14 mart 2015)

Kinli olmaq çox pis bir şeydir. Hər şeyə xeyir, sevgi gözüylə baxmaq lazımdır. Nifrət bəsləmək çox böyük bir əxlaqsızlıqdır. Hər kəsə sevgiylə yaxınlaşmaq lazımdır.

(A9 TV; 14 mart 2015)

Bəzi qəlblər xain olur, bəzi qəlblər mübarək olur. Bəzi qəlblər yaramazdır, bəzi qəlblər mübarəkdir. Mübarək qəlbli xanımlar yəni səidələr, onların ürəkləri çox gözəl olur, sevgi dolu olurlar. Xəyanət edən daim sürünür, boş yerə sürünür.

(A9 TV; 14 mart 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)