Xalq prezident idarəetmə sistemini istəmir, təhlükəlidir. Əsgər buna görə şəhid oldu, polis buna görə şəhid oldu; Türkiyə parçalanmasın deyə. Amerika Birləşmiş Ştatları, adından göründüyü kimi “Birləşmiş ştatlar”. ABŞ modeli prezident idarəetmə sistemi olduqda, Türkiyə ayrı-ayrı dövlətlərdən ibarət olacaq. Məhv olduğumuzun şəklidir. Bunun bizə nə faydası olacaq? Parça-parça olarıq, Allah qorusun.
(A9 TV; 14 mart 2015)
Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah edəcək.
(A9 TV; 14 mart 2015)
İmam Mehdi (ə.s), İsa Məsihə də şərait yaradan adamdır. İsa Məsih qonaq olaraq gəlir, elə də aktiv vəzifəsi olmaz. Dünyanın xarici siyasətinə təsir göstərər, məsələn, Putin kimi, İngiltərə Kralı Çarlz kimi şəxslərə təsir göstərər, tələbələriylə. Amma çox ciddi təsiri olmaz. Çünki İsa Məsih özünü bəlli edə bilməz. Amma Mehdi (ə.s) belə deyildir.
(A9 TV; 14 mart 2015)
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz.
(A9 TV; 13 mart 2015)
Kürdlər baş tacıdır. Kürd mənim canımdır, mən kürd üçün canımı verərəm. Amma PKK alçaqlarına qanunla, hüquqla dünyanı dar edəcəyik. Bunu bilməlisiniz.
(A9 TV; 13 mart 2015)
Allah: “İnsan zalım və cahildir” deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.
(A9 TV; 13 mart 2015)
Allahı haqqıyla sevmək çox əhəmiyyətlidir, ən böyük mövzu budur. Allaha yaxşı diqqət vermək, ucalığını yaxşı qavramaq, böyüklüyünü yaxşı qavramaq və çox sevmək. Allah ayədə: “Allahı lazımınca qiymətləndirmədilər” deyir. Məhz bu Allahın xoşlamadığı şeydir. “Bu qədər nemət verirəm, bu qədər gözəllik verirəm, məni qiymətləndirməlisiniz”. İnsanlar bunu edə bilmir.
(A9 TV; 13 mart 2015)
İnsan ölür, atom ölmür. Həm də müntəzəm, böyük bir enerjiylə həyatına davam edir. Atom xəstələnməz, xərçəng xəstəsi olmaz, mədə yarası xəstəsi olmaz, qarnı ağrımaz. Rəbbinə təvəkkül etmişdir, dərviş kimi dayanmadan fırlanır. Nə vaxtdan bəri? 15 milyard ildən bəri. Nə edirsən et, dağlar daşlar bir-birinə qarışır, hər yer yanıb kül olur və o hələ də fırlanmağa davam edir, vecinə belə deyil onun. MaşaAllah, Allahın verdiyi qüvvətə bax.
(A9 TV; 13 mart 2015)
Dünya, ucsuz-bucaqsız kainatda bir toz kimidir. Biz bir toz zərrəciyi içindəyik və tozdan daha kiçiyik. Amma Allah hamısına hakimlik edir, O heç yatmır, biz yatırıq. Biz xəstələnirik, biz ölürük. O, heç vaxt xəstələnmir də, ölmür də. Kainatdakı bütün atomlara hakimlik edir. Allahın gücü çox böyükdür. Təqdir edəcək ağıla sahib olmaq, təqdir edəcək diqqətə və iradəyə sahib olmaq çox əhəmiyyətlidir.
(A9 TV; 13 mart 2015)
Allah sevgisi olduqda, Allah qorxusu olduqda, Allah eşqi olduqda hər şey gözəl olur. Bütün məsələ Allahı səmimi-qəlbdən sevmək və səmimi-qəlbdən iman etməkdir.
(A9 TV; 13 mart 2015)





