Prezident idarəetmə sistemi dəhşət vericidir. Bu sistem uğursuzluq gətirər. Mehmetciyin qanı hələ qurumadı. Yazıqdır, günahdır. Mehmetcik buna görə mübarizə aparırdı? Sən “Amerika modeli” deyirsən, “Türkiyə Birləşmiş Ştatları” deyirsən. Bu məhv olduğumuzu göstərir.

(A9 TV; 15 aprel 2015)

İranı da Mehdi (ə.s) xilas edəcəkdir. Allah şiələrə bu qədər sevdirmişdir, Mehdi (ə.s)-ın dəyərini ən yaxşı bilənlər yenə onlardır. Mehdi (ə.s)-a sarılsınlar. Ayda ildə bir dəfə Mehdi (ə.s)-dan bəhs edirlər, bu çox pisdir. Xüsusilə də dövlət başçıları “Mehdi” adıyla yeri göyü inlətməlidirlər.

(A9 TV; 15 aprel 2015)

Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu gözəl nəticə meydana gələcək.

(A9 TV; 15 aprel 2015)

Darvinizm əhatəli şəkildə izah olunsun, amma elmi cavabı çox əhatəli şəkildə verilməlidir. Xüsusilə də paleontoloji dəlillər, dövlət tərəfindən hər yerdə xalqa göstərilməlidir. Dünyanın ən uydurma, ən məntiqsiz, şeytanın gülməkdən yerə yıxıldığı ən bərbad fəlsəfəsidir.

(A9 TV; 15 aprel 2015)

Darvinizm İslam ölkələrinin hamısında dövlət məktəblərində məcburi təhsil çərçivəsində gənclərə öyrədilir. Əksini də heç kim edə bilmir. Minlərlə illik dünya tarixində haşa Allaha meydan oxuyan, Allaha baş qaldıran belə bir inanc heç vaxt mövcud olmadı. Demək olar ki, hal-hazırda dünya əhalisinin 99%-i darvinizm ilə Allaha meydan oxuyur, haşa.

(A9 TV; 15 aprel 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)