İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.

(A9 TV; 16 iyun 2015)

Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.

(A9 TV; 16 iyun 2015)

Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.

(A9 TV; 16 iyun 2015)

İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.

(A9 TV; 16 iyun 2015)

Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil.

(A9 TV; 16 iyun 2015)

Mehdi (ə.s) səssiz, sakit, həlim bir insandır. Hədisdə Mehdi (ə.s) üçün; “evindən idarə edər” deyilir. Sevgi müəllimidir. Bütün dünyanın bir-birini sevməsini təmin edəcək bir insandır.

(A9 TV; 15 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)