Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır.

(A9 TV; 18 iyun 2015)

Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.

(A9 TV; 17 iyun 2015)

Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.

(A9 TV; 17 iyun 2015)

İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.

(A9 TV; 17 iyun 2015)

Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.

(A9 TV; 17 iyun 2015)

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; “mən qatı dinçiyəm” deyir. Başqası da; “mən daha çox qatı dinçiyəm” deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.

(A9 TV; 16 iyun 2015)

İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.

(A9 TV; 16 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)