Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; “bütün dünyanı rifah halına gətirər” deyir.

(A9 TV; 21 iyun 2015)

Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.

(A9 TV; 21 iyun 2015)

Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır.

(A9 TV; 21 iyun 2015)

Elm Allahın varlığını göstərmək üçün istifadə olunan bir üsuldur. Onsuz da elmin vəzifəsi budur. Allahın sənətini sübut edər, izah edər. Allah ayədə; “Allahdan ancaq alimlər içi titrəyərək qorxar” deyir. Bu kimsələr, qəti şəkildə iman edərək Allahdan qorxur.

(A9 TV; 19 iyun 2015)

Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir.

(A9 TV; 18 iyun 2015)

Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.

(A9 TV; 18 iyun 2015)

Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz.

(A9 TV; 18 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)