Azad bir Türkiyə istəyirik, azad Cənub-Şərqi Anadolu bölgəsi istəyirik. Cənub-Şərqi Anadolu bölgəsində istədiyimiz kimi ibadət edəcəyik. İstədiyimiz kimi Allahı zikr edəcəyik. Bütün partiyalar istədikləri kimi təbliğat çıxışları edəcək. PKK müdaxilə edəcəyi təqdirdə isə, əl-qolunu qanuni yollarla qırarıq. Bunu bilməlidirlər.
(A9 TV; 22 iyun 2015)
Rəvayətlərdə bildirildiyinə görə dəccalın ömrü qırx ildir. PKK da bir dəccal hərəkatıdır, ömrü sona çatmışdır. Allah türk millətini, türk dövlətini, türk ordusunu, türk polisini vəsilə edəcək. Bu bəla qanuni yollarla köklü surətdə yox ediləcək. Vaxtı, zamanı gəlmişdir. Bunlarla mübarizə aparmaq halaldır, fərzdir. Gecikmək haram olar.
(A9 TV; 22 iyun 2015)
PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir.
(A9 TV; 22 iyun 2015)
PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir.
(A9 TV; 22 iyun 2015)
Müşrik bəzən özünü yaxşılıq edəcək kimi göstərər, amma namərddir. Müşrikin göstərdiyi üzünə inanmamalısan. Sənin yanında göstərdiyi yaxşı rəftar, yaxud danışıqlar, çıxışlar etibarlı deyil. Onun hiyləgər və gizli manyak dünyası əsasdır. Quran buna diqqət çəkir.
(A9 TV; 21 iyun 2015)
Allah küfr əhlinə müəyyən müddət möhlət verir, sonra da devirir, batil olduğu üçün. Küfr əhlinin ömrü 40 ildir. PKK da 40 illik ömrünü tamamlamaq üzrədir.
(A9 TV; 21 iyun 2015)
PKK-lılar arasındakı həmrəylik müsəlmanlar arasında yoxdur. Onun 10-da 1-i belə yoxdur. Məsələn, 3 min metr hündürlükdəki dağda, qayanın, mağaranın içində yaşayır. “Get mağarada yaşa” desən, bunu çox az müsəlman qəbul edər. “Həyatını fəda et” desən, mənim övladlarım var, arvadım var, mən həyatda yüksək yerlərə gələcəyəm, övladımı evləndirəcəyəm və s. deyər. Həyatını fəda etməz. Amma baxın PKK həyatını fəda edir. Bunun üçün küfr əhli belə olsa, Allah müvəffəqiyyət verir; əzmkarlıq göstərdiyi üçün.
(A9 TV; 21 iyun 2015)
Əgər biri eqoistlik nümayiş etdirsə, insanlar ona çox vəhşi davranar. Bunun üçün təvazökarlıq qoruyucu bir zirehdir. Eqoistlik də təcavüzkarlığı artıran, bəlanı cəzb edən bir xəstəlikdir.
(A9 TV; 21 iyun 2015)
Hər şeyi bilən, hər cür hökmü meydana gətirən Allahdır və Allah hikmət sahibidir, bir şey etdiyində onun bir hikməti olar. İnsan; “çox böyük tərslik oldu” deyir. Xeyr, hikmətlə olur. Sən bunu qavraya bilmirsən. Sən bunu ya dünyada, ya da axirətdə öyrənərsən; amma hikmətlə yaradılır.
(A9 TV; 21 iyun 2015)
Hekayəni niyə danışarlar? Hekayədən nəticə çıxarılması üçün danışılar. Nağıl olsun deyə danışılmaz. Baş verəcək bir hadisəni işıqlandırar. Quran hekayələrində baş verəcək hadisələrdən işarələrlə bəhs olunar. Məsələn, Yusif surəsi işarələrlə mehdiyyətdən bəhs edir.
(A9 TV; 21 iyun 2015)





