Allah hz. Musa (ə.s)-a nə deyir? “Öz tərəfimdən ona qarşı qullarımız arasında məhəbbət oyatdıq” deyir. O öz-özünə sevimli oldu demir. Yaxud özünü sevdirdi demir. Allah; “Mən sevdirdim” deyir, Mən.

(A9 TV; 1 iyul 2015)

Müstəqil sevgi olmaz. “Məni kifayət qədər sevmir” deyir. Əvvəla sevgini Allah yaradar. Sən müşrik sevgisi istəyirsən. Büt sevgisi istəyirsən. Sən bir insanı bütləşdirsən, onsuz da müşrik olarsan. Allah bəla verər, qəlbin sıxılar. Allah qəlbindən sevgini alar. Nə sevər, nə də sevilərsən. Sevgini bilavasitə Allahdan gözləmək lazımdır.

(A9 TV; 1 iyul 2015)

PKK heç boşuna qudurmasın, mikrob bir yerdə çoxalar, onun üstünə bir butulka yod töksən hamısı məhv olar. PKK nə qədər çox mikrob yayıldı deyə sevinir, bunu deyim ki, təkcə yod məhlulu ilə məhv olarlar. Qanuni yollarla hamısının yaxasından yapışacağıq.

(A9 TV; 1 iyul 2015)

Yəhudilərin Türkiyədə də, Orta Şərqdə də sevilməməsindən söhbət gedir. Bu səhvdir, vicdanlı rəftar deyil. Yəhudilər peyğəmbər nəslindən olan, imanlı, hz. Musa (ə.s)-a sədaqət göstərən cəmiyyətdir. Onsuz da sayları azdır, öhdələrindən gələrik məntiqiylə əzməyə çalışmaq uğursuzluq gətirər. Günah olar. Ayıbdır. Vicdansızlıqdır.

(A9 TV; 1 iyul 2015)

Allah Quranda kədərlənməyi qadağan etmişdir. Mömin imanı sayəsində kədərlənməməlidir. Heç bir faydası yoxdur, sadəcə insanın əhval-ruhiyyəsini korlayır. Kədər, insanın ömrünü bitirən bir zəhərdir, xəstələnmə səbəbidir. Sevinc isə, bədən üçün qidadır.

(A9 TV; 30 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)