Sevgi dünyadakı ən zövq verən şeydir. Axirətdə də ən zövq alınan şeydir. Həyatın rəngidir, işığıdır. İnsanın ruhu sevgiylə rahatlıq tapar. Sevgi olmasa, insan ölər, qovrular, məhv olar. Sevgisiz həyat zəhərdir.

(A9 TV; 6 iyul 2015)

Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. İnsanların, bitkilərin, heyvanların, bütün məxluqatın, atomun bu qədər nizamlı və gözəl olmasının məqsədi yenə sevgidir.

(A9 TV; 6 iyul 2015)

Bizim Türkiyə dövləti olaraq, İŞİD-lə hər hansı işimiz olmaz. Tək hədəfimiz PKK-dır. Rəhmətli Atatürk türk millətinin ən böyük düşməninin kommunizm olduğunu deyir, mütləq hər görüldüyü yerdə əzilməlidir deyir. Əlbəttə ki, elmlə irfanla, qanuni yollarla.

(A9 TV; 5 iyul 2015)

Yeni yetişən gənclər arasında eqoist, darvinist, materialist quruluşlar meydana gəldi. Türkiyənin bölünməsi bunları maraqlandırmır. Buna qarşı tədbir alınmalıdır. Məktəblərdə; “Milli dəyərlər dərsi” keçirilməlidir. Bu dərsdə türk millətinin birliyi, bütövlüyü, PKK təhlükəsi, orduya sevgi, darvinizm-materializmin etibarsızlığı, bütün bunlar izah edilə bilər.

(A9 TV; 4 iyul 2015)

Müsəlmana güllə atmaq olmaz. Bunu edən qatildir, alçaqdır və qarşılığı əbədi olaraq cəhənnəmdir.

(A9 TV; 4 iyul 2015)

Mehdi (ə.s)-ın saraylarda qalacağını zənn edirlər. Mehdi (ə.s) evində qalacaq. Bu 4000 illik Tövratda keçir; Moşiyah Mehdi barədə; “Divanda oturaraq idarə edər” deyir. Mehdi (ə.s) dünyanı fikirləriylə, düşüncələriylə, sevgisiylə idarə edəcək. Bütün liderlər ondan təsirlənəcək və ona görə dünyanı idarə edəcəklər.

(A9 TV; 3 iyul 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)