Şirk ruhu özü ilə qorxaqlıq gətirər. Bunu anlamırlar. Allah; “qəlblərinə qorxu salacağam” deyir. Həqiqətən də qəlblərinə qorxu salır; qorxurlar, güzəştə gedirlər bu dəfə.
(A9 TV; 7 iyul 2015)
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar.
(A9 TV; 7 iyul 2015)
Allah nə deyirsə, Peyğəmbərimiz (s.ə.v) nə deyirsə, səhabələr nə deyirsə o edilsin. Peyğəmbərimiz (s.ə.v)-in dövründə məzhəblər vardı? Hənəfi, Hənbəli, Maliki, Şafi, Şiəlik, Vəhhabilik vardı? Yox idi. Allahın bəla verməməyi üçün, Allahın xalis və həqiqi dininə, Qurana dönülməlidir.
(A9 TV; 7 iyul 2015)
Anadolu insanının tərtəmiz şəxsiyyətinin qorunub saxlanılması mühüm məsələdir. Bunu yazıçılar, jurnalistlər də dilə gətirməlidir. Hətta lazım olsa, hökumət qoruyucu tədbirlər görməlidir.
(A9 TV; 7 iyul 2015)
Anadolu xalqı çox təmiz xalqdır, çox sadə xalqdır. Sən onlara hörmətlə, ədəblə davranmalı, onların adət-ənənələrinə hörmətlə yanaşmalısan. Anadolu xalqının özünəməxsus əxlaqı var, bu gözəl əxlaqa əl vurma, qoy tərtəmiz qalsın.
(A9 TV; 7 iyul 2015)
PKK-ya bir söz deməyən ABŞ, İŞİD-ə qarşı qəhrəman oldu, qoçuluq edir. Sən get PKK ilə mübarizə apar. PKK məsələsi həll olduqdan sonra, İŞİD-i sən bizə burax. İŞİD o zaman geri çəkilər, dərd deyil bu. İŞİD söz anlayacaq bir qruplaşmadır. Amma PKK söz anlayacaq qruplaşma deyil. İŞİD-i Quran vasitəsiylə razı salmaq olar.
(A9 TV; 7 iyul 2015)
On minlərlə əsgərimizi, polisimizi şəhid edən quldur dəstəsi sağ qaldığı halda, Türkiyəyə tək bir zərər verməmiş İŞİD-lə bizim nə işimiz olar? Günahkar da olsalar, müsəlmandırlar və bizə heç bir zərərləri toxunmayıb. Amma PKK kommunist, Allahsız, Kitabsız, Stalinist və Türkiyənin bütün mənəvi dəyərlərinə hücum edən bir terror təşkilatıdır.
(A9 TV; 7 iyul 2015)
Dəccalın təkcə bir xüsusiyyəti var, insanlara Allahın varlığını inkar etdirməsidir. Mehdiyyət də dəccalın təxribatını ortadan qaldıran gücə deyilir.
(A9 TV; 6 iyul 2015)
Peyğəmbərimiz (s.ə.v) Dəccalı təsvir edərkən; “bütün dünyaya Allahın varlığını inkar etdirəcək” deyir. Hal-hazırda inkar etdirdi, insanlar darvinizmdən ötrü Allahı inkar edir. Deməli, dəccal gəlmişdir. O zaman mehdiyyətin buna qarşı öz kəskin mövqeyini göstərdiyini də görməlisən. Dəccal varsa Mehdi susmaz. Onun başını elmlə, irfanla əzər.
(A9 TV; 6 iyul 2015)
Darvinizm sayəsində tarixdə ilk dəfə, dünya əhalisinin 99%-nə Allahın varlığı inkar etdirən bir sistem hakim oldu. Bu sistemə dəccaliyyət deyilir.
(A9 TV; 6 iyul 2015)





