Küfrü yer üzündən silmək fərzdir, lakin, əlbəttə ki, bunu elmlə, irfanla, sevgiylə, qanuni yollarla etmək olar. Zərər yetirmək üçün deyil, qorxutmaq üçün silah tutulmalıdır.
(A9 TV; 29 iyun 2015)
İŞİD PKK-ya Allah tərəfindən göndərilmiş bir bəladır. Allah fəlakəti bir yolla gətirər; ya qasırğa və ya zəlzələ ilə, ya da belə insanlar göndərməklə.
(A9 TV; 29 iyun 2015)
Bəlalar, dərdlər insanları çox yaxşı tanıdar və gücləndirər. Allah bu cür tərbiyə edir. Yoxsa insanların əksəriyyəti laqeyd olur.
(A9 TV; 29 iyun 2015)
Kommunizm, Stalinizm bir inanc sistemidir. Terrorist, qan axıdan, psixopat, şeytani dindir. Şeytanın dinidir. Şeytanın dininə qarşı Allahın dini var, haqq din var. Biz bu haqq dini müdafiə edərik. Allahın tərəfdarları, şeytanın tərəfdarlarının qarşısında olar. Allahın tərəfdarları daim elm, irfan və qanunla bunların başlarını əzər.
(A9 TV; 29 iyun 2015)
İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür.
(A9 TV; 28 iyun 2015)
İŞİD-ə qarşı ABŞ və İngiltərənin qəti mövqeyini göstərə bilməməyinin bir səbəbi də dərin dünya dövlətidir. Çünki dərin dünya dövləti tarix perspektivinə baxanda belə bir qrupun gələcəyini və müvəffəqiyyət qazanacağını görürlər. Bununla mübarizə aparmağın mənasız olduğunu bilirlər. Mehdi (ə.s) zühur edənə qədər, onlar vəzifələrini icra edəcək. Bunun qarşısını ala bilməzlər.
(A9 TV; 28 iyun 2015)
Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin.
(A9 TV; 28 iyun 2015)
ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar.
(A9 TV; 28 iyun 2015)
Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir.
(A9 TV; 28 iyun 2015)
Əsas məsələ PKK-dır. Bizi heç vaxt İŞİD-lə üz-üzə gətirməsinlər. Biz İŞİD-ə güllə atmaq kimi, alçaq bir hərəkəti heç vaxt qəbul etmərik. Müsəlmana güllə atmaq alçaqlıqdır, xainlikdir, əxlaqsızlıqdır. Buna fətva verən də əxlaqsızın ən öndə gedənidir.
(A9 TV; 27 iyun 2015)





