Allah İŞİD-i PKK-nın üstünə bəla olaraq göndərdi. Onların azğınlığına qarşı tam bir bəla. Amma, əlbəttə ki, biz hər zaman məsələlərin fikirlə, elmlə həll edilməsini istəyirik.
(A9 TV; 7 avqust 2015)
Bədən, ölməyi və yox olmağı qətiyyən istəməz. Hüceyrələr qətiyyən istəməz. İnsana ən şiddətli iztirab verən şey budur. Allah bu iztirabı İslam diniylə ortadan qaldırır.
(A9 TV; 7 avqust 2015)
Axirət inancı olmayan insanın içi qaralır, üzü qaralır, ruhu qaralır. Amma axirət inancına sahib insan, ruhuna çox gözəl bir müjdə vermiş olur, sən sonsuzda yaşayacaqsan deyir. O zaman qəlb rahatlıq tapır.
(A9 TV; 7 avqust 2015)
Gələcək baxımından möminin yeganə hədəfi axirətdir. Axirət möminin sevinci, mükafatıdır. Mömin həmişə cənnətə qovuşmağa ümid bəsləməlidir. Cəhənnəmə getməkdən qorxmalıdır, amma həmişə cənnəti düşünməlidir, fikrini cənnətə verməlidir.
(A9 TV; 7 avqust 2015)
Türkiyə sərhədində və sərhədi daxilindəki ən böyük təhlükə PKK-dır. Bizim Cənub-Şərqi Anadolu bölgəmizi tamamilə işğal etmiş və orada öz hakimiyyətini bərqərar etmişdir. Eləcə də, bütün sərhəd zolağı tamamilə işğal altındadır.
(A9 TV; 7 avqust 2015)
Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər.
(A9 TV; 5 avqust 2015)
Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq?
(A9 TV; 5 avqust 2015)
Mən müsəlman bir cəmiyyəti kütləvi halda gözdən çıxartmaram. Hansı haramı işləsələr də, istənilən halda müsəlmandırlar. Biz müsəlmanları sevməklə mükəlləfik. Səhv edə bilər, xəta edə bilər, o səhvini düzəldərik. Danışarıq, başa salarıq.
(A9 TV; 5 avqust 2015)
Bütün dünyada Moşiyah Mehdi gözlənilir. Onu mason düyününü açacaq insan olaraq gözləyirlər.
(A9 TV; 4 avqust 2015)
İlluminatidən də üstün güc vardır. Onlar dünyanın necə şəkil almalı olduğunu pərgarla, transportirlə çəkərlər.
(A9 TV; 4 avqust 2015)





