“Proses” sözü təhlükəni örtən pərdə olaraq istifadə edilir. Belə olduqda insanda Cənub-Şərqi Anadolu bölgəsini xilas etmək həvəsi olmur. İçində millətini, dinini xilas etmək həvəsi olmur. Proses, bizim millətimizi sakitləşdirmək üçün işlədilən sözdür. Yaxşı niyyətlə söyləyənləri tənzih edirəm, lakin sakitləşdirmək, passivləşdirmək, gözünün önünə pərdə gətirmək prosesidir.

(A9 TV; 12 avqust 2015)

Milli şüur ​​dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır.

(A9 TV; 12 avqust 2015)

PKK fasiləsiz surətdə Cənub-Şərqi Anadolu bölgəsində silahlanır. “Proses” deyilən şey yoxdur. PKK, “Proses” deyiləndə; Cənub-Şərqi Anadolu bölgəsinin özünə verilməsini, Abdullah Öcalanın da oraya prezident kimi təyin olunmasını başa düşür.

(A9 TV; 11 avqust 2015)

PKK-lı qızlar qayaların arasında yatır. Bizim gənc qızlarımızın olduqca böyük hissəsinə isə, necə ər tapacaqları, necə evlənəcəkləri, necə iş görəcəkləri, mənfəətini necə təmin edəcəyi kimi mövzular barədə təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur ​​dərsi keçirilməlidir.

(A9 TV; 11 avqust 2015)

İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik, İran düşmənçiliyi düzgün deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz, dindar insanlardır. Təqvalıdırlar. Şiə düşmənçiliyi çox murdar şeydir.

(A9 TV; 10 avqust 2015)

PKK-ya kitab atılsa, bu, onlar üçün böyük şok olar. Darvinizmin, materializmin əsassızlığı izah edilsə, yük maşınlarıyla, vertolyotlarla, təyyarələrlə xalqa kitab paylansa, PKK-nın yanlış ideologiyası, darvinizmin, materializmin əsassızlığı izah edilsə yer yerindən oynayar. Dərin Amerika və İngiltərənin oyunları puç olar. Bu bütün dünyada qalmaqal yaradar.

(A9 TV; 10 avqust 2015)

PKK gəncləri, misli görünməmiş siyasi təhsil və misli görünməmiş hərbi təhsil alırlar. Amma bizim gənclərimiz belə bir təhsil almır. Bizim gənclərimizə siyasi şüur verilmir. Bu baxımdan hərbi təhsil də alınmır. Bundan ötrü də, onlar bir dəstə itlə, böyük Türkiyə dövlətinə müqavimət göstərə biləcək hala gəlirlər. ABŞ da onları əl altından dəstəkləyir.

(A9 TV; 7 avqust 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)