Allahın işlətdiyi “Əsir maddəsi” hər yeri əhatə etmişdir. Hamısı şüurdur, xalis şüurdan meydana gəlir. Enerji dedikləri, xalis şüurdur. Allahın sonsuz ağlı onun içində hərəkət edər.
(A9 TV; 16 avqust 2015)
Cənnət əhlinin şüuru açıqdır. Cəhənnəm əhlinin isə şüuru bağlıdır.
(A9 TV; 16 avqust 2015)
PKK-nın ən çox belini bükən şey həbsdir. 5 min, 10 min insan həbs etdinsə iş bitdi. Təşkilatı yox etmiş olarsan.
(A9 TV; 16 avqust 2015)
Əsgərə çağırma dərin Amerikanı da titrədər. Ordu daha 2 milyon əsgəri vəzifəyə çağırsa, Amerika dərin dövlətinin bu əxlaqsızlığı da bitər.
(A9 TV; 16 avqust 2015)
Əsgər alınması, əsgər sayının artırılması çox əhəmiyyətlidir. Əgər iki milyon əsgər alınsa, bu çox qorxuducu olar. Əsgərlərin və tankların intensiv cəlb olunması PKK-nın əhval-ruhiyyəsini tamamilə korlayar.
(A9 TV; 16 avqust 2015)
Şiə demək, ardıcıl deməkdir. Hz. Əli (r.ə)-in Şiəsi, yəni ardıcılları, eləcə də, bütün şiələr hz. Mehdi (ə.s)-ın da Şiəsidir, ardıcılıdır. Hz. Mehdi (ə.s) deyən kimi, onlar sanki sevgidən cənnətdə kimidirlər. Şiə bu xüsusiyyətlərinə görə çox gözəldir, yəni şəxsiyyəti, sevgi anlayışı, sədaqəti mükəmməldir. Buna görə də, Allah onlara güc-qüvvət verir.
(A9 TV; 13 avqust 2015)
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə Betlehəm ulduzunun görünəcəyini söyləyir. Betlehəm ulduzu hələ bu yaxınlarda görüldü. 2000 ildən bir görülür; bir dəfə hz. İsa (ə.s)-ın dünyaya gəldiyi vaxt görüldü, bir də hz. Mehdi (ə.s)-ın zühurunda.
(A9 TV; 13 avqust 2015)
Mehdinin vəzifəsi təxfifdir (asanlaşdıran), yəni dini asanlaşdırmasıdır. Hal-hazırda dini güllə kimi ağır ediblər, insanlar tab gətirə bilmir. Dini korladılar. Mehdi bu cür ağırlıqları götürəcək, din təxfif olacaq, asanlaşacaq və insan fitrətinə uyğun hala gələcək. İnsanları əsil dinə qaytaracaq.
(A9 TV; 12 avqust 2015)
Sülhün gəldiyi, xoşbəxtliyin gəldiyi, gözəlliyin gəldiyi, qanın dayandığı bir dövrə doğru sürətlə irəliləyirik. Qısa müddət sonra bir damla belə qan axmayacaq, insanların burnu belə qanamayacaq. Bunu görəcəklər. Kürd qardaşlarımız bir qədər də səbirli olsunlar.
(A9 TV; 12 avqust 2015)
Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir.
(A9 TV; 12 avqust 2015)





