Şəhid üçün ağlamaq İslam tərbiyəsinə ziddir. Peyğəmbərimiz (s.ə.v) bunu qadağan edir. Ağlamaq, yas tutmaq; Qədim Şumerdə, Akkadlarda, Xetlərdə, Qədim Misirdə, Qədim Yunanıstanda mövcud olan, bütpərəstlərin bir adəti idi. Özlərini döyərlər, ağlayarlar. İslama görə qazilik də, şəhidlik də şərəfdir.

(A9 TV; 16 avqust 2015)

Şəhid üçün ağlamaq harada görülmüşdür? Bu nə qədər böyük şərəfdir, sevinin. Qardaşım sən dünyaya niyə gəlirsən? Məqsədin cənnəti qazanmaq deyilmi, Allahın rizasını, rəhmətini qazanmaq deyilmi? Məhz şəhid bir anda cənnətə qovuşur, daha nə istəyirsən?

(A9 TV; 16 avqust 2015)

Mənəvi boşluq var. Təhsil verilməlidir. Yoxsa körpünü inşa edərsən, amma biri onu sənin əlindən alar; körpü PKK-nın körpüsü olar. Birisi körpüyə “Stalin körpüsü” adını verir. “Atatürk körpüsü”nün adını dəyişdirib “Lenin körpüsü” qoyar. Zəhmətini sən çəkərsən, o da tutub sənin əlindən alar. Əvvəlcə mənəviyyat. Əvvəlcə iman.

(A9 TV; 16 avqust 2015)

Bəzi gənc xanım və bəylərdə misli görünməmiş laqeydlik var. Bəzənmək, əylənmək, kef çəkmək, içki içmək.. Məsələn, yaxşı bir məktəbdə oxusun, yaxşı bir iş sahibi olsun, yaxşı “pul qazansın”, evlənsin, yoldaşlarından qabağa keçsin kimi bir düşüncə. Vətən əldən gedir, bayraq əldən gedir, din əldən gedir, lakin adam bunu görmür. “Onsuz da mənim qapıma gəlib çıxmadılar ki” deyir. Belə etsən, nə vaxtsa sənin də qapına gəlib çıxarlar. Bunu anlamalısan.

(A9 TV; 16 avqust 2015)

PKK-lı qızlar batil davaları üçün daşların arasında yatırlar. Bizim qızların bir hissəsi isə, “Ağbəniz şahzadəsi” olmağı arzulayalar. Amandır evlənsin, zəngin olsun. Bəy axtarıb tapmaq üçün çalışırlar. PKK-nın ideoloji qətiyyətliliyinə bax, buradakı bəzi insanların laqeydliyinə və dünya ehtirasına bax. Belə olmaz. Dava adamının ruhu olmalıdır, milli şüur ​​olmalıdır.

(A9 TV; 16 avqust 2015)

Əsgər şəhidlik məqamına ucalır, sən isə kədər və əzaba qərq olursan, axı bu necə olur? Əsgər nə deməkdir? Allah üçün, vətən üçün ölmək və öldürmək sənətini öyrənən kimsə deməkdir. Canı Allah verir, Allah şəhid edir. Daha nə istəyirsən? Şəhidlik, əsgər üçün ən yüksək mövqedir.

(A9 TV; 16 avqust 2015)

Şəhidə bütün şəhəri gəzdirməlisən. Şəhid cənazəsi əhəmiyyətlidir. “Allahu-Əkbər” deyə yer-göy inildəməlidir. Ən azı 1 milyon insan toplanmalıdır. Belə olsa, milli şüur ​​ərşə qalxar. Şəhidin mənəviyyatından məmləkət bərəkətlənər.

(A9 TV; 16 avqust 2015)

Allah “Ol” deyir, olur. “Ol” sözü canlı olur. O söz canlı hala gəlir. Onun toxunduğu şey nə lazımdırsa onu edir. O da “Əsir maddəsi”ndən ibarətdir. O söz, bir enerjidir. Hər söz bir enerjidir. O enerjidə Allahın ağlı var.

(A9 TV; 16 avqust 2015)

Hal-hazırda biz “Əsir maddəsi”nin içində üzürük. “Əsir”, içində Allahın ağlı təcəlli edən maddədir. Hər yerə girib-çıxar. Hz. Musa (ə.s)-ın əsasının içində, kolun damarları içində, yanan odun içindədir.

(A9 TV; 16 avqust 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)