PKK Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində dövlət qurub İslam Birliyini yox etməyi qarşısına məqsəd qoyduğu üçün çox təhlükəlidir. Stalinist dövlət qurub, ardınca da bütün Türkiyəni ələ keçirib İslam Birliyini yox etmək məqsədi var. Bu, canımıza qəsd etməkdən daha böyük bir şeydir.
(A9 TV; 22 avqust 2015)
İŞİD-i qətiyyən dayandıra bilməzlər. Onları hz. Mehdi (ə.s) dayandıracaq. Hz. Mehdi (ə.s)-dan başqa heç kəs dayandıra bilməz.
(A9 TV; 21 avqust 2015)
Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: “Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun” deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar.
(A9 TV; 21 avqust 2015)
Əgər Allah o adama sevgi veribsə, dərinlik veribsə, iman veribsə, “Əsir maddəsi” o adamın əmrinə tabe olur, Allahın diləməsiylə. Allah üçün istifadə etməsi şərtiylə, “Əsir maddəsi” adamın əmrinə tabe olar. “Əsir maddəsi” Allahın sonsuz ağlında olan su kimi bir maddədir. Biz hal-hazırda onun içində üzürük.
(A9 TV; 21 avqust 2015)
Cənnət başdan axıradək sənət qalereyasıdır. Allah ən böyük Sənətkardır. Cənnətdə hər yeri sənət əsərləri ilə təchiz edir. Niyə? Sevgini yaşamağımız üçün. Sənət sevgiyə, sevgi də sənətə bərabərdir.
(A9 TV; 19 avqust 2015)
Stalinist-kommunist qiyam var və adamlar bölgədə kommunist bir dövlət yaratmaqda qərarlıdırlar. Bunların ideologiyasına zərbə endirək. Darvinizm məktəblərdə oxudulsun, lakin mütləq çox əhatəli cavabını verək. Kommunizmdən danışılsın, amma əsassızlığından da danışılsın. Ancaq biliklə, ağılla cavab versək nəticə alarıq.
(A9 TV; 19 avqust 2015)
Terroristlərin hücumuna məruz qaldıqda özlərini necə olursa olsun nəfsi-müdafiə etmələrindən ötrü əsgər, polis və ya vətəndaş məsul tutulmasın. Bunu qanunda təcili olaraq dəyişiklik edilməlidir.
(A9 TV; 19 avqust 2015)
On iki imamı coşğuyla sevmək gözəldir. Bəzilərini on iki imamdan ayda ildə bir dəfə bəhs edirlər. Bu heç ürəkaçan vəziyyət deyil, bərəkətlərindən istifadə edə bilməzlər. On iki imamı sevməyən Peyğəmbər (s.ə.v)-i də sevmir. Hz. Əli (r.ə)-i sevməyən Peyğəmbər (s.ə.v)-i də sevməz.
(A9 TV; 19 avqust 2015)
Ələvilər mükəmməl insanlardır. Ələvi düşüncəsi də çox-çox gözəl düşüncədir. Sevgiləri gözəldir, dərinlikləri gözəldir. Ələvi qardaşlarımız eşq memarıdırlar. Amma həqiqi ələvilər; məna sirrinə nail olmuş, arif olmuş, dərinləşmiş olanlar. Digərləri hələ də yoldadırlar inşaAllah.
(A9 TV; 19 avqust 2015)
Hamısına da avtomatik silahlar verilsin. Yeri göyü inildədərlər. Bu vətənini, millətini qorumaqdır. Ölüm-qalım savaşı veririk. Əsgər nə lazımdırsa etsin. Bu hamısı üçün fərzdir. PKK-ya qarşı mübarizə aparmamaq haramdır. PKK-ya qarşı mübarizədə görülən hər cür qanuni iş halaldır.
(A9 TV; 18 avqust 2015)





