Bizim gənclərimizin xeyli hissəsini çox pul qazanmağa çalışan insanlar kimi yetişdirirlər. Məsələn, evlənsin, işi ilə məşğul olsun, yaxşı avtomobili olsun, kef içində yaşasın. Amma PKK-nın ideologiyasında stalinizmi tezliklə hakim etmək, Orta Şərqi kommunist, marksist, leninist düşüncə ətrafında birləşdirmək, proletar diktatorluğunu qurmaq var. Bunun üçün də dağlarda yatırlar. Evlənmək və sair şeyləri qətiyyən düşünmürlər. Bir çoxu universiteti tərk edir, məktəbi də tərk edir, yalnız bu məqsədə xidmət edən bir həyat tərzi formalaşdırırlar. Gecə-gündüz oxuyurlar, biliklərini artırırlar.

(A9 TV; 31 avqust 2015)

Marksist, Leninist, Stalinist düşüncə ilə sülh, qardaşlıq, mehribanlıq, gözəl əxlaqı bir yerə gətirə bilməzsən. Marksist, Leninist, Stalinist düşüncəsində dəhşət və zorakılıq vardır. Hədəfinə çatana qədər hər cür namərdlik, hiyləgərlik, alçaqlıq etmək mübahdır. Bank soyar, adam öldürər, ora-buranı yandırar, təxribat törədər. Hamısı mübahdır.

(A9 TV; 31 avqust 2015)

Türkiyə, PKK-nı yerli-dibli yox etməlidir. Cənub-Şərqi Anadolu sərhədimizdə qurulan bu dövləti də dağıtmalıdır. Qorxutmaq məqsədiylə silahları, o kommunist stalinist dövlətə tərəf çevirməlidir. 2000 tankla birdən getsinlər. 48 saatda əməliyyatı bitirə bilərlər, hamısını təmizləyib ələ keçirə bilərlər. Dövlət oradakı stalinist işğalı aradan qaldıra bilər. Bu mənada dəliqanlılıq və qoçuluq həmişə müvəffəqiyyət qazandırar.

(A9 TV; 25 avqust 2015)

Dünyadakı ən müasir fəlsəfə marksizmdir, leninizmdir və bunlar hal-hazırda bütün dünyada qüvvədədir. Hər yerdə tətbiq olunur. Elmi yolla mübarizə aparsan, tənqid etsən əzib keçə bilərsən. Yoxsa qüvvədə qalar, davam edər.

(A9 TV; 25 avqust 2015)

Stalinizm, leninizm, darvinizm elmdir. Saxta və azğın da olsa elmdir. Sosiologiya və fəlsəfə sahələrinə məxsus bir elm sahəsidir. Sən buna elmi cavab verməsən onlar davam edər və haqlı olduğuna inanar.

(A9 TV; 25 avqust 2015)

“Proses” nə gözəldir, hazırda qarşıdurma yoxdur deyir. Bu əsnada adam silahlanır. Qarşıdurma olmadıqda daha rahat silahlanır. Köhnə silahları dəyişdirir. Gəncləri dağa gətirir, yaşlıları dağdan endirir, onlardan təbliğat prosesində istifadə edir. Bundan ötrü də, adam güc qazanır.

(A9 TV; 25 avqust 2015)

Hz. İsa Məsih (ə.s) çox təvazökardır, eqoist deyildir, zarafatcıl, şirin, gözəl xasiyyətli bir insandır. Xoş söhbət insandır. Ağlasığmaz dərəcədə yaraşıqlıdır. Baxanlar incəliyinə, keyfiyyətinə, nəzakətinə heyran qalacaq. Oturub-durmağı, yeyib-içməyi, hər şeyi çox nəzakətlidir.

(A9 TV; 24 avqust 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)