Hz. İsa (ə.s) gələndə müasirlərin ən müasiri olacaq. Avropalılara çox bənzəyəcək, çox keyfiyyətli bir dəliqanlı olaraq gələcək. Hz. İsa (ə.s) olduqca qabiliyyətli bir dəliqanlıdır. Allah Qatına alınmadan elə idi, gələndə də eynilə elə olacaq.
(A9 TV; 24 avqust 2015)
“Görəsən bu bəla haradan gəldi? Niyə problem çıxdı?” deyirlər. Yunanıstanda, Avropa ölkələrində iqtisadi böhranlar, narahatlıqlar yaşanır. Bəlanın, anarxiyanın tək səbəbi Allaha həmd edilməməsidir. Bütün dünyada çəkilən əzabların, yaşanılan sıxıntıların tək səbəbi budur. Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir.
(A9 TV; 24 avqust 2015)
İnsanların böyük hissəsi Allaha həmd etmək istəmir. Belə olduqda da, Allahdan nemət gəlmir, təkcə bəla gəlir, sel kimi. Həmd edilməyəndə bəla gəlir.
(A9 TV; 24 avqust 2015)
Allahı sevirsənsə, işlərin həmişə asan olar. Lakin Allahı sevə bilmirsənsə, hər gün üzərinə bəla yağar. Qarşı çıxa bilməzsən.
(A9 TV; 23 avqust 2015)
Bütün məsələ Allahı sevmədədir. Heç vaxt unutmamaqdır. Sevgili unudulmaz. Heç vaxt unutmamalısan. Yemək yeyəndə, duş qəbul edəndə, oturanda, qalxanda, küçədə olanda, əsəbiləşəndə… Müsəlmanın qəlbi həmişə Allah sevgisiylə dolu olmalıdır.
(A9 TV; 23 avqust 2015)
Allahı səmimi sevirsənsə, cəhənnəmdə belə olsan Allah qorusun (belə ki, Allah belə bir şey etməz), cənnətdəymiş kimi olarsan. Allahı sevmirsənsə cənnətdə belə cəhənnəmin içindəymiş kimi olarsan.
(A9 TV; 23 avqust 2015)
Bol-bol səylə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir; dərin sevgiylə sevməkdir. Allahı sevirsənsə çox əmin-amanlıqdasan . Yəni Allahı çox sevirsənsə mütləq qalib gələcəksən. Bax, iman edirsənsə demirəm. Sevirsənsə deyirəm. Onsuz da sevmək üçün iman edilməlidir.
(A9 TV; 23 avqust 2015)
Dövlət, PKK-nın ideologiyası olduğu halda, əks ideologiya ilə ortaya çıxmır. Buna görə də, PKK hökm sürür. Ancaq anti-darvinist, anti-stalinist təhsil verilərək, ideologiyasının əsassızlığı elmi dəlillərlə izah edilərək məğlub edilər.
(A9 TV; 23 avqust 2015)
Marksizm elmdir, amma saxta bir elmdir. Azğın bir inancdır. Sən bu azğın elm anlayışına həqiqi elmlə cavab verməlisən. Cavab vermirsənsə məğlub olarsan, qorxursansa məğlub olarsan.
(A9 TV; 22 avqust 2015)
İncəsənət adamı eşq insanıdır. Eşq insanı da sevgiylə bəslənər. Sən ona sevgi göstərməsən incəsənət adamı ölər. İncəsənətlə də məşğul ola bilməz. Sən onu alqışlamalısan, cəsarətləndirməlisən, tərifləmlisən, medal verməlisən, könlünü almalısan. Sevildiyini bilməlidir ki, qəlbi coşsun.
(A9 TV; 22 avqust 2015)





