Keşikçi sayının artırılması çox vacibdir. Bu, həm keşikçi qardaşlarımıza iqtisadi cəhətdən ciddi töhfə verər, həm də bölgə xalqının qürurunu qorumada əhəmiyyətli güc olar. 30 min keşikçi alınsın. Bu dövlətin lehinə olar. Cənub-Şərqi Anadolunun inkişafına, hərəkətlənməsinə vəsilə olar. Ən azı 30 min keşikçi alınsın. Biz sualtı keçid filan istəmirik. Əvvəlcə bunlar həll olsun.

(A9 TV; 15 sentyabr 2015)

PKK firon zehniyyətidir, dəccal zehniyyətidir, sapqınlıq və zəlalətdir. Kafir toplusudur, küfr toplusudur və müsəlmanları kütləvi halda yox etmə qərarı vermiş azğın bir iblis hərəkatıdır. Nə lazımdırsa ediləcək əvəlAllah, elmlə, irfanla, qanun və hüquqla.

(A9 TV; 15 sentyabr 2015)

Hər qaranlıq gecənin səhəri var. Bir yeri zülmət bürüdükdə ardınca nur gələr. Bu Allahın qanunudur. Hər firon və dəccal sisteminin ardınca mehdiyyət zühur edər.

(A9 TV; 15 sentyabr 2015)

Bəzi kişilər gənc qızlarla söz güləşdirirlər. Qızı pərt etməyə, alçaltmağa çalışır. Bunu etməklə əlinə nə keçəcək, tutaq ki, pərt etdin, böyük adam olacaqsan? Alçalarsan. Bir qadını alçaltsan özünü alçaltmış olarsan. Bu çox ağılsız hərəkətdir. Əksinə sevgi göstər, hörmət göstər, nəzakət göstər.

(A9 TV; 15 sentyabr 2015)

Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər.

(A9 TV; 15 sentyabr 2015)

İmana əsaslanmayan sevgi, ayrılıqla nəticələnər. İmana əsaslanırsa ayrılıq olmaz. Amma mənfəətə əsaslanırsa, başqa bir yerdə daha çox mənfəət görsə, gözünün yaşına baxmaz. Buraxıb gedər.

(A9 TV; 15 sentyabr 2015)

PKK-nın iyrənc də olsa bir idealı var. Bunun üçün mağaralarda yatır. Məgər onlar evlənməyin nə olduğunu bilmirlər? Məgər onlar iş, yoldaş, yemək axtarmağı bilmirlər? Amma idealı üçün yaşayır. İyrənc və yanlış idealı üçün. Özünə qəsd edir, ölümü gözə alır bunun üçün.

(A9 TV; 15 sentyabr 2015)

Bizdə çox vaxt ancaq zahirə fikir verirlər, məsələn, zənginlik, gözəl qadınlar, musiqi, əyləncə və s. Əvvəlcə onun kimi görür. Yəni kitablarda yazılanları görə bilmir, aparılan iş və fəaliyyətləri görə bilmir. Amma araşdırmağa başladıqdan sonra addım-addım cənnətə gəldiyini anlayır. Başqa mənada ruhuna yaxınlaşdığını anlayır. Yaxınlaşdıqca dünyası işıqlanır, işıqlandıqca irəliləyir.

(A9 TV; 15 sentyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)