Hökumət Türkiyəni müasirləşdirsin. Dövlətin bütün qurumları müasirləşsin. Xalqın müasirləşməsi üçün səy göstərilsin. Binalar, həyat, sistem hər şey müasir olsun. Başqa cür olduqda, çox böyük təhlükə olar.

(A9 TV; 5 yanvar 2016)

Allah Özünü bir örtüklə örtür. Çox nadir insanlar bu örtüyü açıb Onu görə bilir. Yəni ən azından, məsələn, o yetmiş pərdədən altmışını açan insan çox nadir tapılır. Əhli-qəlb bu pərdələri açar və açdıqca da Allaha yaxınlaşar.

(A9 TV; 4 yanvar 2016)

Dövlət mehdiyyətə var gücüylə sahib çıxmalıdır. Çünki mehdiyyətdə dövlətə müdaxilə yoxdur. Birincisi mehdiyyət siyasətə qarışmaz, ikincisi bütün İslam aləmini və bütün Türk aləmini birləşdirici mahiyyəti var, üçüncüsü isə, mövhumatçılığa qarşı, müasirliyi mümkün qədər təşviq edən sistemdir və parçalanmanı tamamilə aradan qaldıran sistemdir. Bu dövlət üçün çox idealdır.

(A9 TV; 4 yanvar 2016)

Qadını müasir olmayan ölkə heç vaxt müasir olmaz. Qadını rahat olmayan, qadını azad olmayan bir ölkə heç vaxt azad olmaz. Qadınların gülmədiyi bir ölkədə heç kəs gülə bilməz. Qadınlar xoşbəxt deyildirsə, heç kəs xoşbəxt olmaz.

(A9 TV; 1 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)