Dinə qarşı həssas olmaq lazımdır, İslama güclü sahib çıxmaq lazımdır. Allah bizə sahib çıxır. Göz verir, burun, ağız, qulaq verir, ürəyi fasiləsiz işlədir. Dayandırsa yıxılarıq. Yemək verir, rənglər yaradır, səslər yaradır, gözəlliklər yaradır. Allah həmişə bizimlə əlaqədədir.

(A9 TV; 9 yanvar 2016)

Gələcək qorxusu iman məsələsidir. İnsan imanı ilə buna qalib gələr. İmanına etibarının olmamağı, imtahandan məğlub çıxmasının əlamətidir. Bu qorxuya mütləq qalib gəlməlidir.

(A9 TV; 8 yanvar 2016)

Dünyadakı bütün fəlakətlərin mərkəzi Londondur. Hazırki Suriya rejiminin meydana gətirdiyi bütün fitnəni və zülmü İngiltərə dərin dövləti idarə edir. İraqdakı hadisələri İngiltərə dərin dövləti idarə edir. Vaxtı ilə Suriyanın sərhədlərini təyin edən İngiltərə dərin dövlətidir. Xətkeşlə çəkmişdir. Hal-hazırda PKK-nı dəstəkləyən də yenə İngiltərə dərin dövlətidir.

(A9 TV; 7 yanvar 2016)

Bağışlayıcı olmaq Allahın çox bəyəndiyi xarakterdir. Çünki intiqam, ruha nəfsani zövq verər. Bağışlamaq çox çətindir. Yəni iradə tələb edir, ağıl tələb edir. Çünki insan bağışlamaqla məmnunluq hissinə çata bilməz. Lakin intiqam almaqla məmnun olar. Bunun üçün Allah bağışlamağı əsas götürür.

(A9 TV; 6 yanvar 2016)

Sən Allaha etibar etmirsənsə, Allah da sənin qarşına etibar edəcəyin insan çıxartmaz. Hamısını başına bəla edər. Sən Allaha qarşı mübarizə aparsan, bu zaman Allah da səninlə mübarizə aparar. Sən Allahı gücsüz hesab etsən, Allah da bu zaman sənin qarşına da gücsüz insanlar çıxardar.

(A9 TV; 6 yanvar 2016)

Müsəlman gələcək qorxusunu mütləq şəkildə tərk etməlidir. Sən Allaha güvənmirsən amma evinə güvənirsən, puluna güvənirsən. Allah həlak edər insanı. Allah bəla verdikdən sonra pulun olsa da nə faydası olar? Bu cür olmaz. Heç kim acından ölməmişdir. Bu günə qədər Allaha güvənən heç bir insana heç nə olmamışdır.

(A9 TV; 6 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)