Ən mühüm məsələ İslam Birliyidir. İslam Birliyi olsa terror o andaca dayanacaq. Müsəlmanlara tətbiq olunan şiddət dərhal həmin anda dayanacaq.
(A9 TV; 31 dekabr 2015)
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik.
(A9 TV; 31 dekabr 2015)
2016-cı ildə böyük hadisələrin yaşanacağı, dəhşət və zorakılığın artacağı aydın olur. Lakin sevgi insanları bir-birindən möhkəm yapışıb sevgi əsrini yaradacaqlar. Dəhşəti, zorakılığı, mərhəmətsizliyi, terroru müdafiə edənlər isə, şam kimi əriyib yox olacaqlar. Bunu hamımız görəcəyik.
(A9 TV; 31 dekabr 2015)
Darvinizm dəccaliyyətdir. Axırzamanda çıxacağı söylənilən Allahsız cərəyandır. Bütün dünyanı Allahsız, Kitabsız etdi. Dəccalı axtarıb tapmağa vaxtımız yoxdur, dəccal onsuz da zühur etdi. Həll yolunu tapmaq lazımdır. Həll yolu da mehdiyyətdir. Biz dəccaliyyətə qarşı mehdiyyət cərgəsində yer almalıyıq.
(A9 TV; 29 dekabr 2015)
Dəccaliyyət, yəni insanları Allahsızlığa sürükləyən sistem darvinizmdir. Dəccal fikir sistemi olaraq ortaya çıxır və nəhəng dünyanı Allahsız, Kitabsız edir. Darvinist, materialist edir. Bütün dünya məktəblərində Dəccalın darvinist, materialist iddiaları tədris olunur. Eləcə də, insanlar Allahsızlığa, Kitabsızlığa sürüklənirlər.
(A9 TV; 29 dekabr 2015)
Yüz minlərlə müsəlman şəhid edilir. İslam Birliyi olsa bitəcək bu. İslam Birliyinin olmaması cinayətlərə səbəb olur. Müsəlman, İslam Birliyini müdafiə etmədikdə bilmədən bu ölümlərə şərik olmuş olur.
(A9 TV; 29 dekabr 2015)
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: “Ey Rəbb bizi təqva sahiblərinin öndəri et” deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur.
(A9 TV; 28 dekabr 2015)
Müsəlmanlar birləşəcək və başına bir lider gələcək, biz buna hər cür adı verə bilərik. Müsəlmanların xəlifəsi də deyə bilərik, başçı da deyə bilərik, xəlifeyi-ruyi-zəmin (yer üzünün xəlifəsi) də deyə bilərik, hər şey deyə bilərik. Ad üzərində ixtilafa düşməyə ehtiyac yoxdur.
(A9 TV; 28 dekabr 2015)
Əgər darvinist-materialist təhsilə son qoyulsa, İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) adlı bir təşkilat da olmaz. Marksist Leninist Kommunist Partiyası (MLKP) adlı bir hərəkat olmaz, PKK adlı bir təşkilat da olmaz. Çünki fikri təməllərini kökündən yox etmiş olursan.
(A9 TV; 27 dekabr 2015)
İnsan düşmənlərinə, sevgisizlərə sığınacaq verən, onları qoruyan bir sistemdən qəti olaraq uzaqlaşmalıdır. Sevgi insanlarını gücləndirmək lazımdır.
(A9 TV; 26 dekabr 2015)





